Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA

Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Azərbaycanda yerli banklarda debet kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı məlumatlar gündəmə gəlib. Azərbaycan Banklar Assosiasiyası (ABA) yayılan məlumatlarla bağlı açıqlama verərək tətbiq olunan yanaşmanın mahiyyətinə aydınlıq gətirib. Bildirilib ki, ödəniş kartları üzrə isə hər bir bank tərəfindən təqdim edilən hər bir kart məhsulu üçün milli valyutada bir, hər bir xarici valyuta üzrə isə bir ödəniş kartının nəzərdə tutulması müəyyənləşdirilib.
ABA-nın açıqlamasına görə, bu, müştərilərin əlavə kart əldə etməsinin tam qadağan edilməsi anlamına gəlmir. Müştəri əlavə karta ehtiyacının səbəbini banka ağlabatan şəkildə izah etdiyi, həyata keçirdiyi əməliyyatlar bankda onunla bağlı mövcud məlumatlara uyğun olduğu və kartın qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı halda, əlavə ödəniş kartlarının verilməsi bank tərəfindən təmin edilə bilər.
Assosiasiya vurğulayıb ki, yanaşmanın əsas məqsədi vətəndaşların bank xidmətlərindən və ödəniş kartlarından istifadəsini məhdudlaşdırmaq deyil. Əsas hədəf risklərin daha effektiv idarə olunması, ödəniş əməliyyatlarının təhlükəsizliyinin artırılması və daha dayanıqlı ödəniş ekosisteminin formalaşdırılmasıdır.
İqtisadçı Xalid Kərimli azxeber.com-a açıqlamasında  vurğulayıb ki, söhbət eyni məhsul üzrə bank tərəfindən vətəndaşa verilə biləcək kartların sayına məhdudiyyət qoyulmasından gedir:
"ABA tərəfindən qəbul edilən qərar vətəndaşın bir bankda eyni məhsul üzrə birdən çox kartının avtomatik şəkildə verilməsinin məhdudlaşdırılmasıdır. Burada əsas məsələ ondan ibarətdir ki, vətəndaş eyni bankda eyni məhsul üzrə ikinci kartı avtomatik olaraq və ya hər hansı ödəniş müqabilində əldə edə bilməyəcək. Yalnız əsaslandırması olduqda və banka əlavə müraciət etdikdə, bank ona ikinci kartı verə bilər.
Söhbət pensiya, əməkhaqqı, sahibkarlıq hesabına və ya depozitə bağlı kartlardan getmir. Konkret olaraq, eyni məhsul üzrə bank tərəfindən vətəndaşa verilə biləcək kartların sayına məhdudiyyət qoyulmasından söhbət gedir. Vətəndaşın eyni bankda 5-6 kartı ola bilər, lakin bunlar müxtəlif məhsul növləri üzrə ola bilər. Təbii ki, eyni məhsul növü və eyni istiqamət üzrə də vətəndaş əsaslandırılmış şəkildə müraciət edərək ikinci kartı əldə edə bilər".
"İqtisadçı qeyd edib ki, qaydanın əsas məqsədi bankların çoxsaylı kart dövriyyələri üzərində nəzarəti asanlaşdırmaqdır:
"Burada məqsəd bankların çoxsaylı kart dövriyyələri üzərində nəzarəti asanlaşdırmaqdır. Çünki bir məhsul üzrə vətəndaşın bir neçə kartı olduqda, bu kartlar arasında əməliyyatlar çox sürətli, onlayn rejimdə həyata keçirilir və bankların həmin əməliyyatlara nəzarət etməsi çətinləşir. Bəzi hallarda isə bu kartlardan müəyyən qanunsuz və ya şübhəli əməliyyatların həyata keçirilməsi üçün istifadə oluna bilər. Buna görə də banklar sadələşməyə gedirlər.
Eyni zamanda, vətəndaşın yenə də ehtiyacları, əlavə məhsul üzrə kart almaq tələbi yaranarsa, əsaslandırdığı halda bankdan əlavə kart əldə etmək imkanı olacaq".
"Təbii ki, burada vətəndaşın onlayn ödənişlər və kartdan istifadə ilə bağlı hər hansı problemi yaranmayacaq. Bu məhdudiyyət bank kartlarının bəzən təyinatından kənar məqsədlər üçün və ya nəzərdə tutulan məqsədlərdən fərqli istiqamətlərdə istifadəsinə nəzarətin yaxşılaşdırılması istiqamətində atılan addımdır.
Yəni çoxsaylı kartlar bir sıra əməliyyatlardan gizlənmək, nəzarətdən kənarda qalmaq üçün istifadə oluna bilər. Bu kimi hallarla mübarizə kontekstində də bu addımlar atılır",-deyə iqtisadçı vurğulayıb.
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 26 sentyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb

Azercell-in dəstəyi ilə keçirilən "AWS Agentic Football Cup" turnirində iştirakçıların hazırladığı süni intellekt agentləri virtual futbol matçlarında müstəqil qərarlar qəbul edib. Bu dəfə futbol meydanında qərarlar

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır" təşəbbüsünü davam etdirir. Təşəbbü

Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı

2027-ci ildə Azərbaycanda yaşayış minimumunun ölkə üzrə 314 manat olması nəzərdə tutulur. xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində qeyd edilib

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü

"Dreamland Baku" "AIREX 2026" sərgisində - Fotolar

"Dreamland Baku" Azərbaycanın premium yaşayış, istirahət və investisiya imkanlarını beynəlxalq auditoriyaya təqdim edir. 4-6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçirilən Azərbaycan Beynəlxal

Qaytarıla bilməyən kreditlər bağlanacaq

"Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul istifadəyə veriləcək. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçünc

Çipsiyə 1 manat aksiz vergisi tətbiq ediləcək

Çipsi aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsinin aksizli malların dairəsinə daxi

Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu - FOTOLAR

Yelo Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə iştirakını davam etdirir. Belə ki, bank Zəfər Günü ərəfəsində, noyabrın 4-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığ

Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN

Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. -a istinadla xəbər verir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com valyuta mezennesi valyuta məzənnələri cebheden xeber