ABŞ Dövlət Departamentinin nümayəndəsi Milli Məclisdə olub

ABŞ Dövlət Departamentinin nümayəndəsi Milli Məclisdə olubMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ Dövlət Departamentinin nümayəndəsi Kameron Millard ilə görüşüb.
Bu barədə azxeber.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonaqları salamlayan Səməd Seyidov Azərbaycan və ABŞ arasında münasibətlərdən danışaraq, ölkəmizin regionda sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu diqqətə çatdırıb. Regionda mövcud vəziyyətlə bağlı məlumat verən komitə sədri Azərbaycan dövlətinin sülh uğrunda apardığı təşəbbüslərdən danışıb. Vurğulayıb ki, Azərbaycan region ölkələri ilə münasibətləri normallaşdırmaqda və sülh şəraitində qonşuluq münasibətləri qurmaqda maraqlıdır.
O bildirib ki, hazırda səylər Ermənistanla sülh sazişinin imzalanmasına yönəldilib. Səməd Seyidov sadə erməni xalqının da sülh istədiyini diqqətə çatdıraraq, bəzi qüvvələrin buna mane olduqlarını deyib. O, bu prosesdə tərəflərin birgə səylərinin vacibliyindən danışıb.
Söhbət zamanı Milli Məclisin komitə sədri Fransa Senatının bu günlərdə Azərbaycanın əleyhinə qəbul etdiyi qətnaməni ədalətsiz yanaşma kimi dəyərləndirib. O, ölkəmizin iri neft və qaz layihələri həyata keçirdiyini söyləyərək, Azərbaycanın Avropa İttifaqının strateji tərəfdaşı olduğunu qeyd edib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Kameron Millard ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdığını deyib. Qonaq iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Bildirilib ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra regionda yeni reallıq yaradıb və yeni təşəbbüslərlə çıxış edir.
Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ-nin Azərbaycandakı səfirliyinin nümayəndələri - Siyasi işlər şöbəsinin rəhbəri Mixail Seroka və Siyasi işlər üzrə müşavir Brett Dvorak iştirak ediblər.

Sosial       Tarix: 18 noyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin


azerbaycan xeberleri son xeberler yeni xeberler hava azerbaycanda son xeberler xeber.az cəbhədən son məlumatlar