ABŞ Ermənistanı Azərbaycanla yeni müharibəyə təhrik edir - Çıxış yolu nədir?

ABŞ Ermənistanı Azərbaycanla yeni müharibəyə təhrik edir - Çıxış yolu nədir?"ABŞ-də yaşanan siyasi proseslər Vaşinqton-Bakı münasibətlərinin perspektivləri barədə də ciddi suallar ortaya çıxarır. Prezident İlham Əliyevin II Şuşa Qlobal Media Forumunda çıxışında da ifadə etdiyi kimi, ABŞ-də kimin hakimiyyətdə olacağı bir çox dövlətlər üçün prinsipial əhəmiyyətə malikdir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov ABŞ-nin Azərbaycan və Ermənistana qarşı hərbi təxribatlara hazırlıq görməsinə münasibət bildirirkən deyib.
ABŞ Ermənistanı Azərbaycanla yeni müharibəyə təhrik edir - Çıxış yolu nədir?Deputatın sözlərinə görə, ABŞ-də Demokratların hakimiyyəti dövründə Azərbaycan və Türk dünyasına münasibətdə nifrət və düşmənçilik daha çox nəzərə çarpır:
"Sirr deyil ki, ABŞ ilə Azərbaycan arasında münasibətlər bir qayda olaraq respublikaçıların iqtidarları dövründə nisbətən yüksələn dövrünə qədəm qoyur. Demokratların hakimiyyəti dövründə isə nəinki Azərbaycan, bütövlükdə Türk və İslam dünyasına münasibətdə nifrət dili və açıq düşmənçilik ritorikası daha çox nəzərə çarpır. Xüsusən Azərbaycan bu yanaşmanı Vətən müharibəsi və antiterror tədbirlərindəki böyük zəfərlərinin ardınca, beynəlxalq hüququn aliliyini təmin etdikdən sonra birbaşa hiss etdi. ABŞ-nin qanunverici hakimiyyətinin hər iki palatası, o cümlədən ABŞ Dövlət Departamentinin ayrı-ayrı vəzifəli şəxsləri Azərbaycanın öz suveren haqlarını bərqərar etməsinə fərqli don geyindirməyə, Azərbaycana münasibətdə total informasiya hücumları təşkil etməyə başlamışlar. Çox təəssüflər olsun ki, bu proses hazırda da səngiməyib".
Millət vəkili hesab edir ki, ABŞ Ermənistanı yenidən müharibəyə sövq etməklə Cənubi Qafqazda sülh və sabitliyə əngəl yaratmış olur:
"ABŞ indiki məqamda Ermənistanı yenidən müharibəyə təşviq etməklə regionda sülh və sabitlik qarşısında əngəl kimi çıxış etməyə başlamışdır. Bəllidir ki, ABŞ onsuzda Ermənistanda böyük miqyaslı kəşfiyyat infrastrukturuna sahibdir. Kiçik bir ölkədə 3 minə yaxın səfirlik əməkdaşının çalışması, təbii ki, bu barədə danışmaq üçün kifayət qədər ciddi əsaslar ortaya qoyur. ABŞ-nin Ermənistanla hərbi təlimləri və Ermənistan Müdafiə Nazirliyinə ABŞ-dən mütəxəssislərin cəlb edilməsi isə göstərir ki, Vaşinqton daha da irəliləməkdə və regionda münaqişənin yenidən alovlandırılmasında açıq maraqlı tərəf kimi çıxış etməkdədir.
Düzdür, ABŞ Ermənistanla hərbi təlimlərini tamamilə başqa ssenaridə təqdim etməyə cəhd göstərir, lakin, heç şübhəsiz ki, dağlıq ərazilərdə hücum və diversiya əməliyyatlarına hazırlıq məqsədi güdən, Ermənistan ordusunu Azərbaycanla həmsərhəd regionlarda əməliyyatlara təşviq edən bu proses birmənalı şəkildə Azərbaycanın hərbi-siyasi qələbələri ilə yaranmış konfiqurasiyanın dağıdılmasına yönəlib. Görünən odur ki, ABŞ Ermənistana özünün yeni hərbi koloniyası və forpostu kimi baxır. Təbii ki, Azərbaycan da bu prosesləri çox diqqətlə izləyir, təəssüf ki, ABŞ-nin regiona müsbət heç nə vəd etməyən bu davranışları digər, bu prosesdən daha çox zərər çəkəcək region ölkələrində hələ ki lazımi reaksiyalara səbəb olmayıb. Baxmayaraq ki ABŞ-nin Yaxın Şərqdə, o cümlədən Suriya, İraq, Ukrayna, hətta Gürcüstanın özündə bundan öncə ciddi faciələrə səbəb olan addımlarını təhlil etməli və regionda yeni təhlükə mənbəyinin formalaşmaması üçün səylərini birləşdirməlidir".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 24 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 xeberler az cəbhədən şad xəbər sonxəbərlər