ŞOK: Ukrayna şərq və qərb olmaqla iki hissəyə parçalanacaq, Rusiya isə... - YENİ PLAN

ŞOK: Ukrayna şərq və qərb olmaqla iki hissəyə parçalanacaq, Rusiya isə... - YENİ PLANABŞ Prezidenti Donald Tramp Moskvanı sülh danışıqlarına çağırsa da, Rusiya Ukraynanın şərqində daha geniş əraziləri işğal etməklə bağlı planlarını həyata keçirir. Bu barədə "Politico" nəşri ukraynalı rəsmilərə istinadən məlumat yayıb. Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Pavel Palisa bildirib ki, Moskva Donetsk və Luqansk vilayətlərində mövcudluğunu genişləndirmək niyyətindədir.
Bəs görəsən, Rusiya rəhbərliyinin Donetsk və Luqansk vilayətlərini tam ələ keçirmək və sərhəd boyunca bufer zona yaratmaq planları nəyə xidmət edir? Bu addımın beynəlxalq hüquq və regional təhlükəsizlik baxımından nəticələri nələr ola bilər?
Mövzunu siyasi analitik Cavanşir Abbaslı KONKRET.az-a şərh edib:
ŞOK: Ukrayna şərq və qərb olmaqla iki hissəyə parçalanacaq, Rusiya isə... - YENİ PLAN"Bu cür planlar Rusiyanın müharibəni qeyd olunan ərazilərin tam ələ keçirilməsi ilə başa çatdırmaq niyyətində olduğunu göstərir. İstanbulda keçirilən birinci və ikinci görüşlər də göstərdi ki, Rusiya danışıqlara eyni şərtlərlə qayıdır və mövqeyindən geri çəkilmir.
Hazırkı hərbi vəziyyət fonunda, Rusiya "hörümçək toru" taktikası ilə bəzi cəbhələrdə geri çəkilmiş kimi görünsə də, zaman keçdikcə yenidən üstünlüyü ələ alıb hücum edəcək. Müharibənin əvvəlindən Moskvanın əsas şərtlərindən biri Donetsk, Luqansk, Krım və Zaporojyenin tam nəzarətə götürülməsi olub.
Hazırda bu planı həyata keçdiyi müşahidə olunur".
Politoloq qeyd edib ki, Rusiya bufer zona yaradaraq, NATO-nun öz sərhədlərinə yaxınlaşmasının qarşısını almağa çalışır.
"Rusiya danışıqlar masasına yalnız işğal etdiyi əraziləri əlində saxlayaraq atəşkəsə razılıq verməklə oturacaq.
Ukrayna rəsmilərinin narahatedici açıqlamaları təsadüfi deyil. Mövcud dinamika Ukraynanın şərq və qərb olmaqla bölünməsi ehtimalını gücləndirir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 07 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az 2026 cəbhədən video ən son xəbər cəbhədən son xəbərlər 2026