"ABŞ iqtisadi liderliyini itirdi" - Volodin
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ-ın iqtisadi liderliyini itirdiyini açıqlayıb.
KONKRET.az-ın məlumatına görə, o bildirib ki, Bayden Birləşmiş Ştatları bir neçə il əvvəlki üstünlüyündən məhrum edib:
"Zəifləyən hegemonun isteriyası… ABŞ iqtisadi liderliyini itirdi. Silahlı qarşıdurmalar, ticarət və sanksiya müharibələri, terror hücumlarının təşkili və Avropa iqtisadiyyatını məhv etməklə onu geri qaytarmaq cəhdləri heç bir nəticə vermədi", – deyə Volodin "Teleqram"da yazıb.
Onun sözlərinə görə, ABŞ üçün qlobal təsir alətlərindən biri də Amerika dollarıdır və bu səbəbdən Amerika tərəfi ondan getdikcə daha çox siyasi mübarizə üçün istifadə edir.
Volodin xatırladıb ki, bu yaxınlarda ABŞ məcburiyyət siyasətinin bir hissəsi kimi Rusiyaya qarşı məhdudiyyətləri pozduğuna görə bütün dünyada bankları öz maliyyə sistemindən ayırmaqla hədələyib:
"Bu, anti-Rusiya sanksiyalarının səmərəsizliyi ilə bağlıdır. Tamamilə aydındır ki, bu cür təhdidlər heç bir nəticə verməyəcək", – deyə Rusiya Dövlət Dumasının sədri əlavə edib.
Burhan,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR