ABŞ: "İran nüvə danışıqlarında lazımsız tələblərdən əl çəkməlidir"
"ABŞ nüvə sazişinə qayıtmaq üçün müzakirə edilə biləcək hər şeyi artıq edib. Nüvə sazişini canlandırmaq üçün İran lazımsız tələblərdən əl çəkməlidir".
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonda keçirilən mətbuat konfransında deyib.
Xatırladaq ki, avqustun 4-də Avstriyanın paytaxtı Vyanada İran, ABŞ və Avropa İttifaqı (Aİ) arasında nüvə sazişinə qayıtmaq üçün danışıqlar aylar sonra yenidən başlayıb. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell yekun mətni irəli sürdüyünü bildirib.
Digər tərəfdən İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian gecə yarısına qədər Aİ-nin nüvə sazişi ilə bağlı yekun mətninə öz cavabını verəcəyini açıqlayıb.
Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ildə nüvə proqramı ilə bağlı böhranı həll etmək üçün daimi qrupla İran arasında "beş üstəgəl bir" formatında imzalanıb. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxmaq qərarına gəlib. Bundan sonra ABŞ administrasiyası İranı ağır iqtisadi sanksiyalarla hədəf alıb.
İqbal Rzayev,
KONKRET.az

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?