Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıbXarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirmi Masada çıxış edib.
azxeber.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Müzakirələr zamanı Azərbaycanın geostrateji əhəmiyyəti, 2025-ci ildə keçirilmiş Vaşinqton sammitindən sonra formalaşan Azərbaycan-ABŞ strateji tərəfdaşlığı və ikitərəfli əlaqələrin əsas istiqamətlər üzrə daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Ceyhun Bayramov iştirakçıları Azərbaycanın xarici siyasət prioritetləri, müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi addımlar və Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsas sütunları barədə məlumatlandırıb.
Nazir iqtisadiyyat, enerji, ticarət, rəqəmsal transformasiya, süni intellekt və bağlantı sahələrində əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb. O, həmçinin regional proseslər və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması barədə danışıb.
Bayramov 2025-ci ilin avqustunda imzalanmış Vaşinqton Birgə Bəyannaməsi və paraflanmış Sülh Sazişindən sonra regional normallaşma istiqamətində atılan addımları diqqətə çatdırıb. Bu çərçivədə tranzit məhdudiyyətlərinin aradan qaldırılması və Ermənistanla birbaşa ikitərəfli ticarət əlaqələrinin başlanması kimi praktiki etimad quruculuğu tədbirlərinin əhəmiyyətini qeyd edib.
Nazir Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsində, eləcə də regional bağlantı, ticarət və iqtisadi inteqrasiyanın gücləndirilməsində TRIPP təşəbbüsünün rolunu vurğulayıb.
O, Azərbaycanın Orta Dəhliz və "Digital Silk Way" vasitəsilə regional bağlantı mərkəzi kimi strateji rolundan da danışıb.
Bildirilib ki, ilk ABŞ-Azərbaycan İqtisadi Dialoqundan sonra ticarət, enerji, süni intellekt və bağlantı üzrə birgə işçi qruplarının fəaliyyəti təşkil olunub. Dialoq çərçivəsində 10-dan çox saziş üzrə 8 milyard dollardan artıq kommersiya öhdəliyi əldə edilib.
Ceyhun Bayramov, həmçinin ABŞ şirkətləri ilə tərəfdaşlıqlar da daxil olmaqla, enerji sahəsində əldə olunan mühüm strateji nəticələri diqqətə çatdırıb.

Siyasi       Tarix: 25 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Trampdan İran açıqlaması: Yanvarın 1-dən sonra

Qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra onlar (İran-red) nə olacağını görəcəklər. xəbər verir ki, bunu "Foks Nyus" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barəd

Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA

Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın şaxələndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Xüsusilə so

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 oktyab

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Şəhidlər xiyabanını ziyarət edib. xəbər verir ki, Azərbaycanın müstəqilliy

Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounla görüşüb və söhbət zamanı TRIPP layihəsinin əhəmiyyəti vurğulanıb. Bu barədə -a Xarici İşlə

Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanları müzakirə etdiklərini bildirib

Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!"

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdəki "Güclü Ermənistan" partiyasının deputatı Anuş Mirzoyanın onu Azərbaycanın Qarabağ bölgəsində minlərlə erməni hərbçinin ölümündə ittiham etməsindən sonra özündə

Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. Söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentini


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az xeber.az 2026 son xeberler bugun 2026 azerbaycan butun xeberler