ABŞ Konqresi Ərdoğanın mühafizəçilərini cəzalandırmaq istəyir - 7 il öncəki insident indi niyə yada düşüb?
Türkiyə prezidenti Rəcən Tayyib Ərdoğanın 2017-ci ildə Vaşinqtona səfəri zamanı baş verənlərlə bağlı məsələ yenidən gündəmə daşınır.
KONKRET.az xəbər verir ki, ABŞ Konqresində Türkiyə əleyhinə olan (Yunan-Ermənistan dostluq qrupu, Yunanıstan-İsrail ittifaq qrupu və Tom Lantos İnsan Haqları Komissiyasının üzvləri) qruplar prezident Tayyib Ərdoğanın 2017-ci ildə Vaşinqtona səfəri zamanı mühafizəçilərin davranışlarını müzakirəyə çıxarmağı təklif ediblər.
Xatırladaq ki, 2017-ci il mayın 16-da Ərdoğanın Vaşinqtona səfəri zamanı prezidentin cangüdənləri ilə etiraz aksiyası keçirən PKK tərəfdarları arasında insident baş vermis, insident zamanı 11 nəfər xəsarət almışdı.
2018-ci ilin martında 15 mühafizəçidən 11-nə qarşı başladılan cinayət işi bağlanıb və onların həbsinə dair orderlər ləğv edilib. Daha sonra isə ABŞ-nin keçmiş dövlət katibi Reks Tillersonun fevralın 14-də gerçəkləşdirdiyi Ankara səfəri zamanı digər mühafizəçilərin də cinayət təqibindən azad edildiyini açıqlayıb.
İndi isə Türkiyə əleyhinə olan qruplar Bayden administrasiyasına yenidən məktub göndərərək mühafizəçilərə görə Türkiyənin məsuliyyət daşımasını tələb ediblər.
Konqres qruplarının saytında petisiya təşkil edilib. ABŞ dövlət katibi Antoni Blinkenə ünvanlanan petisiyada vurğulanıb ki, hücumları həyata keçirən Türkiyə rəsmiləri ABŞ-nin ədalət məhkəməsi qarşısında hələ də cavab verməyiblər".
Rəsmiyyə Şərifova,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR