ABŞ neft hasilatını tədricən ARTIRACAQ
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) ölkədə 2022-2023-cü illər üçün ortalama gündəlik neft hasilatı üzrə proqnozunu artıma doğru korrektə edib.
KONKRET.az-ın EIA-nın aylıq hesabatına istinadən verdiyi xəbərə görə, gələn il ABŞ-da ortalama gündəlik neft hasilatının 12,34 mln. barel olacağı ehtimal olunur, bu da öncəki proqnoz göstəricisindən 0,03 mln. barel çoxdur.
Hesabata əsasən, cari il ABŞ da gündəlik neft hasilatının 11,87 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstəricinin 11,83 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.
Belə ki, 2021-ci ilin göstəricisi ilə müqayisədə ABŞ-da ortalama gündəlik neft hasilatının bu il 5,5%, 2023-cü ildə isə 9,7% artacağı ehtimal olunur. 2022 və 2023-cü illərin proqnoz göstəricilərini müqayisə etdikdə isə, gələn il ABŞ-da neft hasilatı üzrə 4%-ə yaxın artım gözlənilir.
Qeyd edək ki, ötən il ABŞ-da gündəlik neft hasilatı 11,25 mln. barel təşkil edib.
Xatırladaq ki, EİA-nın hesablamalarına görə, 2020-ci ildə ABŞ-da ortalama gündəlik neft hasilatı 11,28 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 12,25 mln. barel təşkil edib.
EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, ABŞ neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyasından əvvəlki səviyyəni 2023-cü ildə ötəcək.//APA

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var