ABŞ nüvə silahlarını bu ölkədə yerləşdirəcək - Ankaraya ŞOK
Türkiyə ABŞ bazalarını ölkə hüdudlarından çıxarmaq istəsə, Yunanıstan məmnuniyyətlə bu bazalara ev sahibliyi edə bilər.
Publika.az xəbər verir ki, bu təklif Yunanıstanın Xarici İşlər Nazirliyindən gəlib.
Bildirilib ki, "İncirlik" və "Kürəcik" hərbi bazaları üçün Yunanıstanda kifayət qədər yer var: "Biz NATO ölkəsiyik, ona görə də hər cür xidməti göstərə bilərik. ABŞ-la həm də müdafiə sənayesi üzrə müqaviləmiz var.
Yunan diplomat "İncirlik"də olduğu iddia edilən nüvə silahlarını qəbul edib-edə bilməyəcəkləri sualına belə cavab verib: "ABŞ-ın bu geniş bölgədə taktiki nüvə silahı yerləşdirmə imkanına sahib sadəcə iki bazasının olduğunu hamımız bilirik. Amma bu silahın harada olduğunu təsdiq edə bilmərəm".
Qeyd edək ki, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Rusiyadan aldığı S-400 komplekslərinə görə ABŞ-ın sanksiyalarına məruz qalması təqdirində Ankaranın "İncirlik" və "Kürəcik" bazalarını bağlaya biləcəyini dilə gətirmişdi. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək