ABŞ ordusunun Qarabağ müharibəsindən ALDIĞI DƏRS: İsraildən on minlərlə... - FOTO/VİDEO

ABŞ ordusunun Qarabağ müharibəsindən ALDIĞI DƏRS: İsraildən on minlərlə... - FOTO/VİDEOABŞ ordusu, xüsusi təyinatlıları və dəniz piyadaları Azərbaycan ordusunun kamikadze-dronlarla Qarabağda Ermənistan qüvvələrini necə darmadağın etdiyini görəndən sonra İsraildən bu cür dronlar almağa hazırlaşır.
Bu barədə "Breaking Defence" portalı bildirir. Konkret olaraq Birləşmiş Ştatlar ordusu "Uvision" şirkətinin istehsal etdiyi "Hero" kamikadze-dronlarını diqqətlə araşdırır. Bu dronların bir neçə tipi var və onlar həm əldə daşına, həm vertolyotlardan buraxıla və bir çox rollar yerinə yetirə bilər.
Məlumata görə, "Uvision" şirkəti "Hero" kamikadze-dronlarının zərurət yaranarsa modifikasiyasını aparmaq və ABŞ bazarına çıxmaq üçün "Raytheon" şirkəti ilə birləşərək alyans yaradıb.
ABŞ ordusunun Qarabağ müharibəsindən ALDIĞI DƏRS: İsraildən on minlərlə... - FOTO/VİDEOBu ilin yanvar ayında ABŞ ordusu artıq "Uvision Hero-30" kamikadze-dronlarını sınaqdan keçirib. Həmin dronlarla ABŞ xüsusi təyinatlıları artıq bir neçə ildir maraqlanırdı. Bu dron cəmi 3 kiloqram ağırlığındadır və 0.5 kiloqram döyüş başlığına malikdir, 30 dəqiqə havada qala bilir. Lakin "Uvision" və "Raytheon" dronun ABŞ üçün daha yüngül variantını hazırlamaq üzərində işləyir. ABŞ xüsusi təyinatlılarına 25 min bu cür mini-dron almaq üçün tender elan edilib və müsabiqənin nəticələri yaxın aylarda açıqlaancaq. Şərtə görə dronlar 15 il ərzində təchiz edilməlidir.
Həmin ay ABŞ ordusu "Hero-120" dronlarını da sınaqdan keçirib, onun ağırlığı 12.5 kiloqramdır və 1 saat havada qala bilir. 1.5 kiloqramdan 3.5 kiloqrama qədər döyüş başlığı daşıyır. O cümlədən piyadalara qarşı qəlpəli fuqas başlığa malikdir. Bunlar avtomobillərin və infrastruktur obyektlərinin məhv edilməsi üçün nəzərdə tutulub, amma dronların ağır tanklara qarşı döyüş başlıqları daşımaq qabiliyyəti də var.
"Hero-120" ABŞ dəniz piyadaları Korpusunun silahlanmasında yer alan 120 millimetrlik minomyotların əvəzlənməsi proqramı ilə bağlı elan edilmiş tenderdə iştirak edir.
ABŞ ordusunun Qarabağ müharibəsindən ALDIĞI DƏRS: İsraildən on minlərlə... - FOTO/VİDEOMay ayında isə ABŞ ordusu "Hero-400EC" dronlarını sınaqdan keçirəcək. Bu dronlar 4 saat uça bilir və gələcəkdə "Future Attack" vertolyotlarının silahlanmasına daxil edilə bilər. "Hero-400EC" 40 kiloqram ağırlığındadır, 10 kiloqram döyüş başlığı daşıyır və döyüş maşınlarını, hərbi gəmiləri məhv etmək üçündür. Dronlar operatorun komandası ilə hədəfə zərbə endirməyi təxirə sala və geri dönə, yaxud başqa hədəfə yönələ bilər. O, paraşütün köməyi ilə yerə enir.

Qeyd edək ki, Azərbaycan ordusu və Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunları 44 günlük Qarabağ müharibəsi ərzində İsrail istehsalı olan "Harop" kamikadze-dronlarını, o cümlədən "Orbiter-1K" zərbə dronlarını kütləvi şəkildə tətbiq edib. Yüzlərlə düşmən hədəfini sıradan çıxarıb, çoxsaylı canlı qüvvəsini məhv edib. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 01 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeber xeber.az xəbərlər sonxəbər