ABŞ Rusiyaya hücuma hazırlaşır: Putin, kəşfiyyat və ordu...
ABŞ Rusiyaya qarşı kiber-hücuma hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.
İddiaya görə, Cozef Bayden hökuməti Rusiyanın "Solar Winds" kiber-hücumlarına qarşıdakı həftələrdə bir sıra kiber-hücum və iqtisadi sanksiyalarla cavab verməyə hazırlaşır.
Rusiya Prezidenti Vladimir Putinə, Rusiya ordusu və kəşfiyyat xidmətinə qarşı bir sıra gizli əməliyyatları ehtiva edən ilk böyük hücum addımının qarşıdakı ilk 3 həftə ərzində gələcəyi iddialar arasında yer alıb.
Bu addımı, eyni zamanda, bir sıra iqtisadi sanksiyalar müşayiət edəcək. C.Baydenin federal hökumət şəbəkələrinin kiber-hücumlara qarşı sağlamlaşdırılmasına dair təlimat verməsi gözlənilir.
Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Ceyk Sullivanın Pentaqona ötürdüyü gizli təlimatlar arasında kiber-təhlükəsizlik mövzusunun da yer aldığı bildirilir.
Qeyd edək ki, ötən həftə ABŞ-dakı "Microsoft" şirkətinin 30 min müştərisinin şəxsi bilgilərinin oğurlanması təhlükəsi olduğu və bunun Çin hakerləri tərəfindən həyata keçirildiyinə dair xəbər yayılmışdı.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək