ABŞ səfiri İrəvanı Türkiyə ilə barışığa çağırdı: Sizə hərbi yardım edə bilmərik...
Ermənistanla Türkiyə arasında barışığın əldə olunması bütün region-Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan üçün faydalı olacaq. ABŞ-ın Yerevandakı səfiri Lin Treysi "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində belə deyib.
"Bu, çox mühüm məsələdir. Lakin eyni zamanda aydındır ki, postmünaqişə situasiyasından çıxış edərək həll edilməli olan bir sıra dolayısı problemlər var. Bu məsələdə Minsk Qrupu mühüm rol oynaya bilər",- səfir bildirib.
Diplomatın sözlərinə görə, heç bir şübhə yoxdur ki, Rusiya müharibənin dayandırılmasında mühüm rol oynayıb. Amma müharibə dayansa da, həlli tələb olunan bir sıra vacib məsələlər qalır.
Lin Treysi ABŞ-ın Ermənistana hərbi yardım göstərməsinin mümkünlüyü haqda da danışıb. Bildirib ki, Ermənistan KTMT-yə üzv olduğu üçün ABŞ-ın bu ölkə ilə hərbi sahədə əməkdaşlıq imkanları məhduddur. "Ermənistan KTMT-nin üzvüdür, bu isə ABŞ-ın üzv olduğu təşkilat deyil və Ermənistanın KTMT-yə üzvlüyü ona bizim təqdim edə biləcəyimiz hərbi köməyin təqdim olunması imkanlarını əhəmiyyətli şəkildə məhdudlaşdırır",-ABŞ səfiri bildirib.
Lin Treysi əlavə edib ki, Ermənistanın KTMT üzvlüyünə görə ABŞ-ın bu ölkəyə silah satışı və hərbi yardımı ilə bağlı məhdudiyyətlər var. (virtualaz.org) /publika.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var