"ABŞ sualtı qayığı Rusiya sularında məxfi avadanlıq itirib" - "Vzqlyad"

Bu günlərdə Rusiya ilə ABŞ arasında dənizdə hərbi qalmaqal yaşanıb. Fevralın 12-də ABŞ hərbi dəniz qüvvələrinin sualtı qayığı Kuril istiqamətin Rusiyanın ərazi sularına daxil olub."Virciniya" sualtı gəmisi xəbərdarlıqlardan sonra ərazini tərk edib. Bu gün Rusiya mediası yazıb ki, insident zamanı tələsik şəkildə ərazini tərk edən ABŞ hərbçiləri Rusiya sularında məxfi sayılan bəzi avadanlıqları tərk ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın "Vzqlyad" nəşri məlumat yayıb.
Hadisə zamanı Amerika sualtı qayığı imitator funksiyasını yerinə yetirən xüsusi hidroakustik cihazından istifadə edib. ABŞ hərbi dəniz qüvvələrinin qeyri-döyüş şəraitində belə avadanlıqların istifadəsinə ciddi məhdudiyyətlər qoymasına baxmayaraq, "Virciniya"nın ekipajı bu qurğudan istifadə edib. Nəticədə o bataraq dənizin dibinə düşüb. Əgər avadanlığın qərq olduğu yer Rusiyanın ərazi sularına aid olsa, o zaman cihazın qaldırılmasına Rusiya hərbi dəniz qüvvələri cəlb olunacaq,-məqalə müəllifi yazıb.
Qeyd edilir ki, məlum məxfi cihaz Rusiyaya ABŞ hərbi dəniz qüvvələrinin, xüsusən də torpedalara və hidroakustik sistemlərə qarşı mübarizə baxımından hazırkı yeniliklərini araşdırmağa kömək edə biləcək. Çünki o, özündə bir sıra məxfi məlumatları daşıyır.
"Belə dəyərli məlumatların itirilməsi ABŞ hərbi dəniz qüvvələrinə ciddi zərbə ola bilər",-nəşr yazıb.
Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.
Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı "görünməmiş sanksiyalarla" hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir./azvision.az/

Siyasi       Tarix: 16 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta məzənnələri en yeni xeberler son xeberler bugun 2026 azerbaycan xeber.az