Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib
Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib.
azxeber.com xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbirdə deyib.
Baş prokuror həmin cinayət işində dövlət ittihamını müdafiə edən prokurorlara və işə baxan hakimlərə təşəkkürünü bildirib. O, işin istintaqında iştirak etmiş müstəntiqlərin və prokurorların əməyini də xüsusi qeyd edib.
Kamran Əliyev, həmçinin 1987-ci ildən bu işlərlə bağlı sübutları toplamış, faktları çətin şəraitdə, o cümlədən müharibə dövründə sənədləşdirmiş prokurorluq veteranlarına və digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına dərin təşəkkürünü çatdırıb.
Baş prokuror bildirib ki, ötən bir il ərzində prokurorluq digər hüquq-mühafizə orqanları ilə birlikdə ölkədə əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, eləcə də qanunun aliliyinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirib.
Şahanə Ziyad

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı