Vuçiç istefa verdi
Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazir postu uğrunda mübarizə aparacaq.
Vuçiç daha əvvəl də 2014–2017-ci illərdə Serbiyanın baş naziri vəzifəsində çalışıb. Serbiya Konstitusiyasına əsasən, bir şəxs prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Vuçiç hazırda ikinci prezidentlik müddətində idi.
Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi uzun müddətdir davam edən siyasi gərginlik və etirazlar fonunda gündəmə gəlib. Etirazların mühüm mərhələsi 2024-cü ilin noyabrında Novi Sad dəmiryol vağzalında beton konstruksiyanın uçması və insanların həlak olmasından sonra başlayıb.
Prezidentin istefasından sonra dövlət başçısının səlahiyyətlərinin müvəqqəti icrası və yeni prezident seçkisinin keçirilməsi Serbiya qanunvericiliyinə uyğun həyata keçiriləcək.Musavat.com

İran nüvə silahına sahib ola bilməz
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test