Abşeron rayonunda "2 Fevral – Gənclər Günü" qeyd edilib - FOTOLAR

Abşeron rayonunda "2 Fevral - Gənclər Günü" rayonun fəal gəncləri ilə birgə qeyd edilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktoru, Bakı Mühəndislik Universitetinin rektoru, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru, şəhid ailələri, qazilər və gənclər iştirak etmişdir. İştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, xatirəsini dərin ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər. 
Daha sonra Heydər Əliyev Mərkəzində "Ümummilli Lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canından keçmiş  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətininin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi çox böyük və uğurlu inkişaf yolu keçmişdir. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral tarixi "Gənclər Günü" elan edilmişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazası formalaşdırılıb və onların sosial, iqtisadi problemlərinin həllinə, asuda vaxtlarının səmərəli təşkilinə yönələn, eləcə də öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları qəbul olunaraq icra edilmişdir. 
RİH başçısı vurğulamışdır ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclər dövlət idarəçiliyinə cəlb olunub, o cümlədən gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəsinin təşkili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün münbit şərait yaradılmışdır. 
Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclər yetişmişdir. Qeyd olunmuşdur ki, müstəqillik dövründə doğulub böyüyən, vətənpərvərlik ruhunda təlim-tərbiyə olunan gənclərimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etmişdir. 
Daha sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev və Bakı Mühəndislik Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri Ləman Şərifova  çıxış edərək ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən gənclər siyasətindən və əldə olunan uğurlardan söz açmışlar. 
Sonra rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlar və hədiyyələr verilmişdir.
Bundan əlavə rayon gəncləri II Fəxri Xiyabanda, Xırdalan şəhər Şəhidlər Xiyabanında, o cümlədən rayonun kənd və qəsəbələrində şəhidlərimizi ziyarət etmiş, məzarları üzərinə gül dəstələri düzmüşlər.
Qeyd edək ki, "2 Fevral - Gənclər Günü" ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə Xirdalan şəhərindəki Mədəniyyət Mərkəzində "Müzəffər vətənin qəhrəman gəncliyi" mövzusunda da ədəbi-bədii tədbir keçirilmiş və rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə Fəxri Fərmanlar verilmişdir.
Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda / azxeber.com

Sosial       Tarix: 03 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


son xeberler azerbaycan xeberleri yeni xeberler maliyye xeberler bugun hava proqnozu son.xeber xeber az