Abşeron rayonunda "2 iyul – Azərbaycan Polisi Günü" qeyd edilib

Abşeron rayonunda Abşeron rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron Rayon Polis İdarəsinin rəisi Musa Musayev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, hüquq mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, Abşeron polisinin şəxsi heyəti və rayon ictimaiyyəti iştirak edib.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və xidmət zamanı həlak olmuş polislərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Daha sonra Azərbaycan polisinin şərəfli tarixinə və əzmkar fəaliyyətinə həsr olunmuş sənədli videoçarx nümayiş olunub. 
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan polisinin keçdiyi yolun dövlətçiliyimizin tarixi ilə sıx bağlı olduğunu, müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynadığını vurğulayan RİH başçısı qeyd edib ki, bu gün 106 yaşını qeyd edən Azərbaycan polisinin inkişafı və bugünki nailiyyətləri məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, maddi-texniki bazasının güclənməsi, peşəkar kadrların hazırlanması və irəli çəkilməsi həyata keçirilib. RİH başçısı bildirib  ki, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Azərbaycan polisinə daim diqqət və qayğı göstərib. Azərbaycan polisi hazırda güclü maddi-texniki bazaya malik olmaqla yanaşı ölkəmizdə ictimai asayişin qorunmasında xüsusi rol oynayan hüquq-mühafizə strukturlarından birinə çevrilib. Əldə olunan bu inkişafın nəticəsidir ki, respublikamızda kriminaloji durum nəzarət altında saxlanılır, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri həyata keçirilir. 
Abdin Fərzəliyev əlavə edib ki, Azərbaycan polisi ən çətin məqamlarda dövlətçiliyimizi qoruyub, sabitliyin, əmin-amanlığın keşiyində durub və bu gün də vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı kimi vəzifə borcunu şərəflə yerinə yetirməkdədir. Birinci Qarabağ Müharibəsinə və Vətən Müharibəsində Silahlı Qüvvələrimizlə çiyin-çiyinə döyüşən Azərbaycan polisi vətənimizin bütövlüyü yolunda şəhidlik zirvəsinə ucalaraq öz vəzifə borclarını sona qədər yerinə yetiriblər. 
Sonra Abşeron RPİ rəsisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Elnur Rəşidov hesabat xarakterli çıxış edib. Azərbaycan polisinin şərəfli tarixindən, o cümlədən Abşeron polisinin fəaliyətindən və gördüyü işlərdən söz açıb. Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulov çıxış edərək bildirib ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. 
Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunub, gələcək fəaliyyətlərində uğurlar arzu edilib.
Daha sonra respublikamızın xalq artistlərinin və sevilən incəsənət xadimlərinin iştirakı ilə bədii hissə təqdim edilib.
Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda / azxeber.com

Sosial       Tarix: 02 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən video enson xeberler valyuta mezennesi 2026 xeberler bugun