Abşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilib

Abşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilib26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günündə Abşeron rayonunda yerləşən Şəhidlər Xiyabanları, şəhidlərimizin məzarları və Xatirə Kompleksləri ziyarət olunub. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə I Qarabağ və Vətən müharibələri şəhidlərinin, o cümlədən müxtəlif vaxtlarda düşmənin hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərimizin məzarlarını ziyarət edib, əziz xatirələrini hörmətlə yad ediblər. 
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun döyüş meydanında qazandığı şanlı qələbədən sonra işğaldan azad edilən şəhərlərimizin, kənd və qəsəbələrimizin sürətlə bərpa edildiyini, məcburi köçkünlərin öz yurdlarına böyük iftixarla qayıtdığını vurğulayan Abdin Fərzəliyev bildirib ki, Azərbaycan ordusunun qüdrətli gücü sayəsində xalqımız bundan sonra da tam təhlükəsiz yaşayacaqdır. 
Abşeron rayonunun "Şəfəq" qəsəbəsində şəhid ailələrinin, müharibə iştirakçılarının və rayon ictimaiyyətinin iştirakı ilə 26 İyun Silahlı Qüvvələr Günü qeyd edilib. Tədbirdə əvvəlcə Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abşeron RİH başçısının müavini Gülnar Rəhimova, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, Vətən Müharibəsi qazisi Vidadi Əliyev çıxış edərək bildiriblər ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ordu quruculuğu daima dövlətin prioritet məsələlərindən biri olub. Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin iradəsi, uzaqgörənliyi və güclü ordumuzun şücaəti, şəhidlərimizin qəhrəmanlığı nəticəsində 44 günlük Vətən Müharibəsində xalqımız düşmən üzərində şanlı qələbə qazandı. 
Daha sonra bədii hissə təqdim edilib.
Görüşlərdə şəhid ailələri dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Abşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilibAbşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilibAbşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilibAbşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilibAbşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilibAbşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilibAbşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilibAbşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilibAbşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilibAbşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilibAbşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilibAbşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilibAbşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilibAbşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilibAbşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilib/ azxeber.com

Sosial       Tarix: 26 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


azerbaycan xeberleri yeni xeberler son xeberler sosial yardim bugünki xəbərlər bu gune olan xeberler cəbhədən görüntüleri