Abşeron rayonunda "Heydər Əliyev və müasir Azərbaycan səhiyyəsi" adlı tədbir keçirildi - FOTOLAR

Abşeron rayonunda "Heydər Əliyev İli" çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Xırdalan şəhəri, Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və müasir Azərbaycan səhiyyəsi" adlı tədbir keçirilib. 
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, TƏBİB-in İcraçı direktorun müavini Araz Nəsirov, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in departament rəhbərləri, tibb müəssisələrinin direktorları, idarə rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər. 
İlk olaraq Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsi ziyarət edilmiş, gül dəstələri qoyularaq xatirəsi dərin ehtiramla yad edilmişdir 
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi, Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra "Heydər Əliyev və Azərbaycan səhiyyəsi" adlı videoçarx nümayiş etdirilib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Hikmət İbrahimli və şəhid-leytenant İlqar Vəliyevin həyat yoldaşı, rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Təhminə Vəliyeva çıxış edib. 
Çıxışlar zamanı Ulu Öndərin Azərbaycan tarixində silinməz izlər buraxmağından, xalqın rifahı naminə apardığı siyasətdən və ölkənin inkişafı üçün bütün sahələrdə, o cümlədən səhiyyə ilə bağlı reallaşdırılan islahatlardan bəhs edilib. Bugünkü müasir Azərbaycan səhiyyəsinin dünya standartlarına cavab verəcək şəkildə qurulmasında əsas səbəb olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin nəticəsi olduğu vurğulanıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər zaman səhiyyə sahəsinə xüsusi qayğı göstərdiyi və onun rəhbəliyi ilə bir çox uğurlu layihələrin həyata keçirildiyi qeyd edilmişdir. Ölkədə İcbari tibbi sığortanın tətbiqi ilə vətəndaşların TƏBİB-in istənilən tibb müəssisəsində "xidmətlər zərfi" çərçivəsində ödənişsiz şəkildə tibbi xidmətlərdən yaralana bilməsi, həmçinin hər sahədə olduğu kimi tibb sahəsində də şəhid ailələrinə və qazilərə göstərilən diqqətin böyük olduğu qeyd edilib. 
Daha sonar "17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü" münasibətilə bir qrup tibb işçisi təltif edilib, xatirə şəkilləri çəkilib.
Sonda gənc müsiqi ifaçıları tərəfindən bədii hissə təqdim edilmişdir.
"17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü" münasibətilə rayon Mərkəzi Xəstəxanasının əməkdaşı olan şəhid ailələrinin üzvləri – şəhid baş leytenant, "Rəşadət" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmiş Röyal Ələkbərovun anası Faidə Ələkbərova və şəhid baş leytenant, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş  İlqar Vəliyevin həyat yoldaşı Təhminə Vəliyeva tibb sahəsində fədakar xidmətlərinə, o cümlədən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərdə fəal iştiraklarına görə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilərək peşə bayramları təbrik edilmiş, gələcək işlərində uğurlar arzulanmışdır. 
Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda / azxeber.com

Sosial       Tarix: 17 iyun 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler bugun en yeni xeberler cəbhədən görüntüleri son xeber az