Abşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLAR
Vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq Abşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib.
azxeber.com xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən Xırdalan şəhəri də daxil olmaqla, Aşağı Güzdək, Digah, Qobu qəsəbələri, Məmmədli və Novxanı kəndlərində baş tutan görüşlərdə RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən surətli abadlıq-quruculuq işlərindən məlumat verən RİH başçısı bildirmişdir ki, Azərbaycan öz gücünə rayon və kəndlərimizi yenidən qurur və soydaşlarımız yaxın zamanlarda öz doğma yurdlarına qayıdacaqlar.
Abşeron rayonunda da həyata keçirilən abadlıq-quruculuq işləri barəsində sakinlərə məlumat verən Abdin Fərzəliyev bildirmişdir ki, yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir. Qeyd edilmişdir ki, 2023-cü ilin əvvəlindən Masazır, Novxanı, Fatmayı və Görədil kəndlərinin küçələrinə ümumilikdə 7.500 m2 əraziyə asfalt, 2.000 m3 qırmadaş tökülərək yayılmış, Saray və Ceyranbatanda 300 metr məsafəyə bordür düzülmüşdür. Qobu qəsəbəsində isə yağış sularının axıdılması məqsədi ilə 400 metr məsafədə boru xətti çəkilmişdir. O cümlədən, rayon ərazisində 111 km uzunluğunda küçələrin işqlandırılması işlərinin artıq 80 faizi yekunlaşıb.
Kənd və qəsəbələrdə daxili küçələrinin abadlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayan RİH başçısı həftəsonları rayon ərazisində təmizlik-abadlıq işlərinin aparıldığını və bu tədbirlər çərçivəsində ilin əvvəlindən 750 ədəd müxtəlif həmişəyaşıl ağaclarının əkildiyini qeyd edib.
Qəbullarda sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.







Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu