General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
SSRİ və Ermənistanın sabiq baş hərbi xadimi, 1990-cı illərdə Ermənistan Müdafiə Nazirliyində yüksək vəzifələr tutmuş və hazırda Rusiyada yaşayan general-leytenant Norat Ter-Qriqoryants Ermənistan Respublikasının vətəndaşlığından imtina edib.
KONKRET.azxəbər verir ki, "Iravunk" qəzetinə müsahibəsində general bu addımı atmasının səbəblərini açıqlayıb: "Mən konsulluğa gedib Ermənistan pasportunu təhvil verdim. Onlar təəccüblə soruşdular: "Cənab Ter-Qriqoryants, nə edirsiniz?" Mən də cavab verdim: "Ermənistanda onsuz da azsaylı qalan erməni xalqına xəyanət edən və onu Türklərin əli ilə məhv etmək istəyən adamlar hakimiyyətə gələndən sonra mənə başqa nə qalır?",
Ter-Qriqoryants əlavə edib ki, pasportu təhvil verdikdən sonra ölkənin prezident administrasiyasından ona "Siz vətəndaşlıqdan məhrum edildiniz" mesajı gəlib: "Nə olar, sağ olun, əzizlərim. Mən bir daha heç vaxt Ermənistana gəlməyəcəyəm. Vəssalam".
Xatırladaq ki, Norat Ter-Qriqoryants Ermənistan Silahlı Qüvvələrinin formalaşmasında əsas iştirakçılardan biri və ölkədə Rusiya hərbi mövcudluğunun yaradılması ideyasının müəlliflərindən biri kimi tanınır.
Natiq Səlim,
KONKRET.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Roman Abramoviç Bakıya gəldi
Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı
Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR
Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır
Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə işıq olmayacaq
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər