Abşeronda şəhid XTQ gizirinin doğum günü qeyd edildi - FOTOLAR

Abşeronda şəhid XTQ gizirinin doğum günü qeyd edildi - FOTOLARQırx dörd günlük Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsində ucalan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə  "Azərbaycan Bayrağı" ordeni , "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medallarına layiq görülən Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Sahib Musa oğlu Musayevin 38-ci doğum günü qeyd edilib.
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində Abşeron Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, YAP Abşeron Təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər və şəhidin döyüş yoldaşları iştirak ediblər.
Mərasimdə dövlət himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.
Gülnar Rəhimova bildirib ki, ölkəmizdə, o cümlədən Abşeron rayonunda şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Onların xatirəsinin əbədiləşdirilməsi, unudulmaması və daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Daha sonra çıxış edənlərdən şəhid Sahib Musayevin həyat yoldaşı Pərvin Musayeva, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhidin döyüş yoldaşı Tural Səlimov, Milli Qəhrəmanlar Birliyinin Abşeron şöbəsinin sədri Tərlan Mahmudov, din xadimi Rasim Xudaverdiyev, şəhidin övladları Sahibə Musayeva və Ülvi Musayev ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini önə çəkib və bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə ediblər.
Sonda incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunub.
Məlumat üçün bildirək ki, 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Sahib Musayevdir.
Sahib Musa oğlu Musayev 1984-cü il iyulun 21-də Qax rayonunun Şotavar kəndində anadan olub.
Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Su Altı Hücum" (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin miçmanı olan  "Pələng" ləqəbli Sahib Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sahib Musayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. İki övlad atası olan Sahib Musayev Aprel döyüşlərində də iştirak edib.
Allah rəhmət eləsin!
Abşeronda şəhid XTQ gizirinin doğum günü qeyd edildi - FOTOLARAbşeronda şəhid XTQ gizirinin doğum günü qeyd edildi - FOTOLARAbşeronda şəhid XTQ gizirinin doğum günü qeyd edildi - FOTOLARAbşeronda şəhid XTQ gizirinin doğum günü qeyd edildi - FOTOLARAbşeronda şəhid XTQ gizirinin doğum günü qeyd edildi - FOTOLARAbşeronda şəhid XTQ gizirinin doğum günü qeyd edildi - FOTOLARAbşeronda şəhid XTQ gizirinin doğum günü qeyd edildi - FOTOLAR

Sosial       Tarix: 23 iyul 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri xeberler azerbaycan kriminal xeberler bu gunun xeberleri