Abşeronda silsilə tədbirlər keçirilib - FOTOLAR

Abşeronda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülən Abdullayev Vüsal Şakir oğlunun əvvəllər yaşadığı evinə gedərək ailəsini ziyarət edib. 
Şəhidlərimizin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev bildirib ki, vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımız xalqın sevimlisinə çevrilib və onlar heç bir zaman unudulmayacaqdır. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm işlərin görüldüyünü vurğulayan RİH başçısı onların ailələrinin qayğıları və problemləri ilə maraqlanıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini qeyd edib. 
Şəhid ailəsinin yaşadığı evin şəritsizliyi və təmirsizliyi nəzərə alınaraq mənzildə əsaslı təmir işlərinin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib. 
Şəhidin ailə üzvləri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət və qayğısını hiss etdiklərini deyərək Ali Baş Komandana və hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
*
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülən Salahov Nicat Fikrət oğlunun anadan olmasının 22-ci ildönümü qeyd edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmrəliyev və şəhidin ailə üzvlərilə birgə şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Anım tədbiri Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində davam etdirilib. 
Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Abşeron rayonunda da vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir, şəhid ailələri və qazilər evlərində ziyarət olunur.
Daha sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Milli Qəhrəmanları Tanıtma İçtimai Birliyinin Abşeron nümayəndəliyinin sədri Tərlan Mahmudov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Abşeron filialının sədri Xudakərim Əhmədov və digərləri çıxış edərək Azərbaycanın döyüş meydanında qazandığı qələbədən, idiglərimizin qəhrəmanlıqlarından, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan danışıblar.
Şəhid ailələri də öz növbələrində ölkəmizdə onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayıb və buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Sonda Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin yetirmələrinin və incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunub.
Abşeronda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeronda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeronda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeronda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeronda silsilə tədbirlər keçirilib - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 26 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar valyuta məzənnələri futbol xeberleri xeberler bugun