AccessBank AYİB-in Ticarətin Maliyyələşdirilməsi Proqramına qoşulub
Müştərilərinəinnovativ maliyyə həlləri təqdim etmək məqsədinə sadiq olan AccessBank, AvropaYenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Ticarətin Maliyyələşdirilməsi Proqramı(Trade Facilitation Programme) çərçivəsində əməkdaşlıq müqaviləsi imzalayıb.
azxeber.com xəbər verir ki, bu strateji təşəbbüs beynəlxalq ticarət əməliyyatlarını dəstəkləmək və Azərbaycanınbütün ərazilərində sahibkarların maliyyə imkanlarını genişləndirməyə xidmətedir.
Müqavilə, beynəlxalq ticarət iştirakçılarına əlavəmaliyyə resurslarına çıxış imkanı yaradan vacib tərəfdaşlığı əks etdirir.Proqram çərçivəsində sahibkarlar zəmanət və maliyyə dəstəyi alaraq, riskləriazaltmaq, ticarət əməliyyatlarını asanlaşdırmaq, fəaliyyətlərini daha səmərəliidarə etmək və qlobal bazarlara çıxış imkanlarından yararlanma imkanı əldə edəcəklər.
AccessBank-ın İdarə Heyətinin sədri DavitTsiklauri qeyd edib ki: "Biz AccessBank-ın AYİB ilə saziş imzalaması və TicarətinMaliyyələşdirilməsi Proqramına qoşulması ilə fəxr edirik. Bu mühüm Proqram müştərilərimizə daha rəqabətədavamlıvə innovativ maliyyə həlləri təqdim eməklə, Azərbaycanda idxal-ixrac fəaliyyətinidəstəkləyəcək və ölkənin ümumi iqtisadi inkişafına töhfə verəcək".
Ticarətin Maliyyələşdirilməsi Proqramı çərçivəsindəimzalanan saziş, AccessBank-ın geniş spektrli maliyyə xidmətləri göstərməkqabiliyyətini gücləndirəcək. Bundan əlavə, yerli şirkətlərə beynəlxalq ticarətdədaha səmərəli iştirak üçün zəruri vasitələr təqdim etməklə yanaşı, riskləriazaldacaq, iqtisadi inkişafı stimullaşdacaq.
1999-cu ildə yaradılan Ticarətin MaliyyələşdirilməsiProqramı AYİB ölkələrində xarici və daxili ticarətin inkişafına xidmət edir.Proqram çərçivəsində AYİB beynəlxalq banklara seçilmiş banklara və faktorinqşirkətlərinə yerli ixracatçılar, idxalçılar və distribyutorlara qısamüddətlikreditlər təqdim etmək üçün zəmanət verir.
AccessBank Azərbaycanda KOB-lar üzrə ixtisaslaşanvə 2002-ci ildən sərfəli maliyyə xidmətləri təklif edən kommersiya bankıdır. Bank yerlibiznesin inkişafını dəstəkləyərək, əlçatan və sərfəli xidmətlər təklif edir vəölkə iqtisadiyyatının güclənməsində mühüm rol oynayır.
AYİB Azərbaycanın ən böyük institusionalinvestoru olaraq, ölkədə 190 layihəyə 3,7 milyard avrodan çox sərmayə yatırıb. Bankınəsas missiyası ölkənin iqtisadi diversifikasiyasını və davamlı inkişafını dəstəkləməkdir.





Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır