"Adıma səhifə açıb, qadınlardan pul alırlar" - Azər Qərib

"Adıma səhifə açıb, qadınlardan pul alırlar" - Azər QəribAparıcı Azər Qərib ona qarşı fırıldaqçılıq olunduğunu iddia edib.
Open.az xəbər verir ki, bu haqda sosial şəbəkədə yazan aparıcı xaricdə bir şəxsin onun adından istifadə edib xanımlardan pul yığdığını bildirib:
"Artıq neçə müddətdir müxtəlif ölkələrdən qadınlar mənə yazırlar ki, sizin adınızdan bizə kələk gəliblər. Deməli, nə baş verir:
"Beynəlxalq aferistlər" balaca ölkələrdən olan tanınmış "Facebook" izləyicilərinin şəkilləri ilə saxta profil açırlar və məhəbbət intizarında olan tənha xanımlara məktublar göndərirlər. Məni də qurban seçiblər, bilmirəm, fərəhlənim ya üzülüm. Qoyurlar mənim qlamur şəkillərimi, başlayırlar basıb-bağlamağa ki, səni belə sevirəm, gecələr gəlirsən yuxuma, sənsiz bir günüm olmasın, mən belə biznes-klasla uçuram, Maldiv belə getdi, Seyşel belə gəldi, pul məndə, bir də ingilisdə, səni də aparacam özümlə, buralarda ol.
Sadəcə, indi bir balaca çətinliyim var, mənə çox yox, 500 dollar göndər, gələn ay gedirik səninlə bal ayına. Bu yazıq da neyləsin, sonuncu dəfə kişidən tərifi 739 il bundan əvvəl eşidib, pensiyası da yaxşı, göndərir 500 dollar ki, al bu pulu, gözləyirəm səni.
O isə pulu alıb aradan çıxır, xanım qalır hönkürə-hönkürə, məni tapıb, gileylənir. Braziliyadan, Avstriyadan, İtaliyadan, hətta Vyetnamdan belə yazıb şikayətlənən var. Cavab vermirəm, nə deyim ki? Özləri görürlər ki, mənlik deyil.
Odur ki, bu gündən keçirəm bu üsula: hansı xarici ağbirçək mənimlə yazışmaq istəsə, əvvəlcədən hesabıma depozit köçürməlidir. Pandemiya yıxdı büdcəmizi, biraz dirçələrik heç olmasa".

Şou Biznes       Tarix: 23 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeber son xeberler 2026 xəbər az cəbhədən son görüntülər