ADMİU beynəlxalq festivalda uğurla təmsil olundu – FOTOLAR

ADMİU beynəlxalq festivalda uğurla təmsil olundu – FOTOLARAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 20-22 may tarixlərində keçirilən "Türk dünyası" III Beynəlxalq Tələbə Teatrları Festivalında təmsil olunub.
Editor.az xəbər verir ki, festivalda universitetin rektoru professor Ceyran Mahmudovanın başçılığı ilə ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevil Kərimova, rektorun tədrisdə innovasiyalar üzrə müşaviri professor Validə Məmmədova, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Sitarə Abdullayeva, Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri Əməkdar incəsənət xadimi İsrafil İsrafilov, müəllimlər Mikayıl Mikayılov, Ruslan İsmayılov və iştirakçı tələbələrdən ibarət nümayəndə heyəti iştirak edib.
Festivalın təşkilatçısı Qazaxıstanın Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyasıdır. Tədbir Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi və TÜRKSOY-un təşəbbüsü ilə təşkil olunub.
Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan gənc istedadlar iştirak ediblər. Mayın 20-də öncə Abay adına Opera və Balet Teatrının Ermek Serkebayev adına Kamera Zalında KİV üçün mətbuat konfransı, sonra isə festivalın rəsmi açılış mərasimi keçirilib. Mətbuat konfransında TÜRKSOY-un Baş katibi Sultan Raev, ADMİU-nun rektoru C.Mahmudova və festivalda iştirak edən digər beş təhsil müəssisəsinin rektorları iştirak ediblər.
Səfər çərçivəsində Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyası ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında rəsmi görüş baş tutub və iki tərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu hər iki ali təhsil müəssisəsinin rektorları imzalayıblar.
Müqaviləyə əsasən, təhsil və incəsənət sahələrində birgə layihələr, akademik mobillik, ikili diplom proqramı, müəllim və tələbələrin təcrübə mübadiləsi, yaradıcılıq görüşləri və elmi əlaqələrin inkişafı nəzərdə tutulur.
"Türk dünyası" III Beynəlxalq Tələbə Teatrları Festivalında ölkəmizi ADMİU-nun SABAH qrupları Aktyor sənəti ixtisası III kurs tələbələri təmsil ediblər. Onlar mayın 22-də Vilyam Şekspirin "Yay gecəsində yuxu" tamaşası ilə səhnəyə çıxıblar.
SABAH qrupları Aktyor sənəti ixtisası III kurs tələbəsi Rahib Allahquliyev Festivalın "Ən yaxşı kişi rolu" nominasiyasının qalibi olub.
Tələbə öz sevincini və festivalla bağlı təəssüratlarını saytımızla bölüşüb: "Türk dünyası" III Beynəlxalq Tələbə Teatrları Festivalı bizim üçün ən unudulmaz hadisələrdən biri oldu. Bu günlər ərzində bir ustad dərsləri keçdik, Qazaxıstanın sənət dünyası ilə yaxından tanış olduq, müxtəlif türkdilli ölkələrdən gələn tələbələrin tamaşalarına baxdıq. Bütün bunlar bizim üçün böyük təcrübə oldu. Düşünürəm ki, burada öyrəndiklərimiz bizim həm tələbə kimi bundan sonrakı tədrisimizdə, həm də gələcək karyeramızda çox kömək olacaq.
Bizim festivalda təqdim etdiyimiz "Yay gecəsində yuxu" rok balladasında bizim bütün bacarıqlarımız- plastika, rəqs, aktyor sənəti, musiqi birləşmişdi. Mən əsərdə üç obraz canlandırırdım. Onlardan Pak obrazı daha zəngin, daha dinamik idi ki, mən bu obrazla bütün bacarıqlarımı nümayiş etdirə bilirdim. Bunun üçün kurs rəhbərim Mikayıl müəllimə və aktyor sənəti müəllimim Ruslan İsmayılova təşəkkür edirəm ki, bizim üzərimizdə çox çalışdılar, bizi yüksək səviyyədə həm tamaşaya, həm də obrazlarımıza hazırladılar. Onların zəhmətlərinin bəhrəsidir ki, mən festivalda "Ən yaxşı kişi rolu"na layiq görüldüm. Bizim üçün gözlənilməz və çox qürurlu an idi. Mükafatın təqdimatı üçün səhnəyə çıxanda Azərbaycan komandasının, xüsusən hörmətli rektorumuz Ceyran Mahmudovanın gözlərindəki sevinci, həyəcanı görmək məni çox fərəhləndirdi, özümü daha da xoşbəxt hiss etdim.
Bu bütün universitetimizin, ölkəmizin uğurudur. Bu uğura görə universitetimizin rəhbərliyinə, SABAH qruplarına və müəllimlərimə təşəkkür edirəm!"
Qeyd edək ki, kurs rəhbəri Mikayıl Mikayılov, aktyor sənəti müəllimi Ruslan İsmayılovdur. Tamaşanın quruluşçu rejissoru M. Mikayılovdur. Tamaşanın plastik həlli Elnur İsmayılova məxsusdur.
Həmçinin, festival çərçivəsində ADMİU-nun nümayəndələri fəxri mükafatlara layiq görülüblər. Belə ki, ADMİU-nun rektoru professor Ceyran Mahmudova incəsənət sahəsində mütəxəssislərin hazırlanmasında göstərdiyi böyük əməyə görə Temirbek Jurgenov adına Qazax Milli İncəsənət Akademiyası tərəfindən qızıl medala layiq görülüb.
ADMİU rektorunun tədrisdə innovasiyalar üzrə müşaviri, professor Validə Məmmədovaya Temirbek Jurgenov adına Qazax Milli İncəsənət Akademiyası tərəfindən həm qızıl medal, həm də fəxri professor attestatı verilib.
Həmçinin, Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor, sözügedən festivalın münsiflər heyətinin üzvü İsrafil İsrafilov da incəsənət sahəsində mütəxəssislərin hazırlanmasında göstərdiyi böyük əməyə və festivalın münsiflər heyətində təmsil olunduğuna görə qızıl medalla təltif olunub.
ADMİU beynəlxalq festivalda uğurla təmsil olundu – FOTOLARADMİU beynəlxalq festivalda uğurla təmsil olundu – FOTOLARADMİU beynəlxalq festivalda uğurla təmsil olundu – FOTOLARADMİU beynəlxalq festivalda uğurla təmsil olundu – FOTOLARADMİU beynəlxalq festivalda uğurla təmsil olundu – FOTOLARADMİU beynəlxalq festivalda uğurla təmsil olundu – FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 23 may 2025
f Paylaş

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta məzənnələri idman xeberleri xeber saytlari xəbər az