AFFA 4 klubu cərimələdi
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının III turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edib.
KONKRET.azqurumun rəsmi saytına istinadla xəbər verir ki, qərarlara əsasən, 4 klub – "Kəpəz", "Qəbələ", "Neftçi" və "Qarabağ" cərimələnib.
"Qəbələ" – "Şamaxı" oyunundan sonra meydançaya kənar şəxsin daxil olması səbəbindən ev sahibi komanda 2500 manat xərcə düşüb.
"Kəpəz" – "Turan Tovuz" matçında 6 futbolçunun sarı vərəqə alması səbəbindən Gəncə təmsilçisinə 700 manat cərimə tətbiq olunub. Oyundan sonra meydana kənar şəxsin daxil olması və azarkeşlərin pirotexniki vasitədən istifadə etməsi səbəbindən isə "Kəpəz" müvafiq olaraq 2500 və 3000 manat cərimələnib.
"Zirə" – "Neftçi" oyununda ikinci sarıdan qırmızı vərəqə alan Elvin Bədəlov 1 oyunluq cəzalandırılıb və bu, "Neftçi"ni 500 manat ziyana salıb. Klub azarkeşlərinin meydana kənar əşya atmasına görə isə daha 2000 manat ödəyəcək.
"Sumqayıt" "Qarabağ"la oyunda azarkeşlərinin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə 5000 manat xərcə düşüb. Həmin matçda birbaşa qırmızı vərəqə alan "Qarabağ"ın futbolçusu Kadi Borqes biri şərti olmaqla 3 matç cəzalandırılıb. Klub isə 3000 manat cərimə ödəyəcək. Şərti cəzanın sınaq müddəti 6 ay müəyyənləşdirilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar