AFFA AVRO-2020-nin Azarkeş Zonası ilə bağlı MƏLUMAT YAYDI

AFFA AVRO-2020-nin Azarkeş Zonası ilə bağlı MƏLUMAT YAYDIAFFA Bakıda keçiriləcək Avropa çempionatının Azarkeş Zonası ilə bağlı məlumat paylaşıb.
Publika.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Azarkeş Zonasında bileti olmayan fanatlar da iştirak edə bilərlər.
Bura müxtəlif məhsulların satışı ilə məşğul olacaq mağazalar və digər satış nöqtələri ilə yanaşı, pab və qida zonalarını da əhatə edəcək.
Azarkeş Zonasında qonaqlara müxtəlif əyləncə proqramları da təklif edilir. Canlı musiqi, ailələr üçün rəngarəng oyunlar və tədbirlər, eləcə də korporativlər üçün nəzərdə tutulan maraqlı proqramlar olacaq. Eyni zamanda burada oyunları canlı izləyə və AVRO-2020 haqqında ən son xəbərlərlə tanış ola bilmək üçün nəhəng LED ekranlar da quraşdırılıb.
Məkanda azyaşlı azarkeşlər də nəzərə alınıb. Onlar üçün batut attraksionları və əyləncəli master-klasslar da fəaliyyət göstərəcək.
Məkan: Yeni Bulvar ərazisi (Ağ şəhər)
Tarix: 12 İyun – 13 İyul
İş saatları: 14:00 – 01:00
QİDA VƏ İÇKİ BARƏDƏ TƏCHİZAT TƏLƏBLƏRİ SİYAHISI
Aşağıda göstərilən standartlar Azarkeş Zonasında qida və içki təchizatçısının icazəsi üçün əsas meyar kimi nəzərdə tutulub.
Azarkeş Zonasında fəaliyyətə başlamazdan əvvəl hər bir qida və içki podratçısı tədbirə qatılmaq və onun bir hissəsi olmaq üçün bütün lazımi sənədlərlə tanış olmalı və onları müvafiq qaydada hazırlamalıdır.
Qida və İçki təchizatçısı marka / restoran olduqda aşağıdakı tələblərə cavab verməlidir:
Biznes qeydiyyatı lisenziyası;
AQTA lisenziyası;
Qida təhlükəsizliyi və sanitariya-gigiyena sertifikatı;
Sığorta siyasəti;
Yanğın təhlükəsizliyi sertifikatları;
Alkoqollu içkilərin satışı lisenziyası (Satış bazarı alkoqollu içkilərin satışına istiqamətlənibsə);
Qida və içki bazarında ən azı 3 illik aktiv iş təcrübəsi;
Beynəlxalq və ya yerli kütləvi tədbirlərdə təcrübə;
Bazarın təklifi əsasında doğru qida avadanlıqlarından istifadə (bu daha əvvəl digər vəziyyətlərdə sınaqdan keçirilib);
Tədbir zamanı böyük izdihamı qəbul etmək və onların tələbinə cavab vermək üçün lazımi qədər insan resursunun olması;
Saxlama və anbar sahəsi;
Qiymət siyasətinin Azarkeş Zonasının operatoru ilə müzakirə edilməsi;
Qənaətbəxş rəqəmsal əhatə və statistika (SM kanalları /offlayn).
Qida və İçki təhcizatçısı vasitəçi satıcı / distribütor olduqda:
Qida və içki bazarında nüfuzlu və tanınmış şirkət olmalıdır;
Azarkeş Zonasında satılması planlaşdırılan məhsulları təmsil edən bütün şirkətlərlə müqavilə bağlamaqda təcrübəsi olmalıdır;
Qidalar lisenziyalı və nüfuzlu şirkətlərdən alınmalıdır;
Qida logistikası sahəsi üzrə təcrübəyə malik olmalıdır;
Beynəlxalq və ya yerli kütləvi tədbirlərdə təcrübəyə malik olmalıdır;
Qida və içki bazarında ən azı 3 illik distribütorluq təcrübəsi olmalıdır;
Qiymət siyasəti təchizatçı ilə birlikdə müzakirə olunmalıdır.
Təchizatçı Qida və İçki İstehsalçısı olduqda:
Qida və içki bazarında nüfuzlu və tanınmış şirkət olmalıdır;
Özünəməxsus istehsal müəssisəsi olmalıdır;
Özünəməxsus mağazaları olmalıdır;
Bu cür tədbirlərdə iş təcrübəsinə malik olmalıdır;
Markanın fəaliyyətində ən azı 2 illik təcrübəsi olmalıdır;
Keyfiyyət sertifikatlarına malik olmalıdır;
Bütün növ lisenziyalara malik olmalıdır;
Qiymət siyasətini Azarkeş Zonasının operatoru ilə müzakirə etməlidir.
Ətraflı məlumat üçün:
Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda üz-üzə gələcəklər. /publika.az

İdman       Tarix: 27 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat dunya xeberleri enson xeberler xeberler az