Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir.
KONKRET.az qol.az-a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"a müsahibəsində bu barədə danışıb:
"Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə. Rəqəmlər hər şeyi deyir. Özümdən daha yaxşı heç kimi tanımıram".
Ronaldo argentinalı Lionel Messi ilə rəqabətini Formula-1-in əfsanəvi pilotları Ayrton Senna və Alen Prost arasındakı rəqabətlə müqayisə edib:
"Biz həmişə çox yaxşı münasibətdə olmuşuq. Bir-birimizi motivasiya etmişik. Tarix artıq yazılıb. Mən bu gün karyeramı başa vursam, heç nəyə görə peşman olmaram".
Qeyd edək ki, müsahibə Ronaldonun Portuqaliya millisində yaşadığı qalmaqaldan sonra yayımlanıb. O, Millətlər Liqasında Norveçlə səfər oyununda (2:1) meydana buraxılmadığı üçün baş məşqçi Jorje Jezuşla fikir ayrılığı yaşayıb və daha sonra yığmanın düşərgəsini tərk edib.
Ronaldo sonradan milli komandada karyerasını başa vurmadığını, fiziki vəziyyəti imkan verəcəyi təqdirdə yenidən yığmada oynamağa hazır olduğunu bildirib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar