AFFA avrokuboklarda iştirak etmək istəyən klublarımız üçün yeniliklər etdi

AFFA avrokuboklarda iştirak etmək istəyən klublarımız üçün yeniliklər etdiAprelin 1-də UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Publika.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda klubların lisenziyalaşdırma proseduru ilə bağlı aşağıdakı dəyişikliklərlə bağlı müvafiq qərarlar qəbul olunub:
1. Gələcək maliyyə məlumatının hazırlanması və qiymətləndirilməsi ilə bağlı klubların lisenziyalaşdırılması müddəalarının müvəqqəti təxirə salınması
"COVID-19" pandemiyasının Avropa ölkələrində yayılması və futbola təsirini nəzərə alaraq, klublarda lisenziyalaşdırma prosesinin başa çatdırılmasını asanlaşdırmaq üçün gələcək maliyyə məlumatının hazırlanması və qiymətləndirilməsi ilə bağlı klubların lisenziyalaşdırılması müddəalarının müvəqqəti təxirə salınması haqda qərar qəbul olunub.
Bu qərar 2020/2021-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziyalaşdırma prosesinin, xüsusi olaraq, Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair-Play Qaydalarının aşağıdakı müddəalarını əhatə edir:
• Maddə 52 "Gələcək maliyyə məlumatları";
• Əlavə IX(B)(2)(d) "İllik və aralıq dövrlər üzrə Maliyyə Hesabatlarında auditor rəyinin qiymətləndirilməsi;
• Əlavə IX(D)(3) "Lisenziya qərarlarından əvvəl yazılı bəyannamələrin qiymətləndirilməsi;
• Əlavə IX (E) "Gələcək maliyyə məlumatlarının qiymətləndirilməsi".
2. 2020/2021-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün verilmiş lisenziya qərarlarının UEFA-ya açıqlanması üzrə son tarix
2019-cu ilin iyun ayında UEFA bəyan etmişdi ki, 2020/2021-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün verilmiş lisenziya qərarlarının UEFA-ya açıqlanması üzrə son tarix 2020-ci il mayın 29-dur. Bütün əlaqəli tərəflərlə məsləhətləşdikdən sonra, eləcə də, lisenziarların və lisenziya iddiaçılarının yayılmış COVİD-19 pandemiyasının təsirinə məruz qaldığını nəzərə alaraq, UEFA belə qənaətə gəlib ki, yaranmış vəziyyət Klubların Lisenziyalaşdırılması prosesinə təsir edəcək.
Bunu nəzərə alaraq, 2020/2021-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün verilmiş lisenziya qərarlarının UEFA-ya açıqlanması üzrə son tarix 30 iyun 2020-ci il müəyyən edilib.
3. Klubların lisenziyalaşdırılması sistemi ilə bağlı UEFA-nın tətbiq etdiyi müstəsna prosedur
2020/2021-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müstəsna prosedurun tətbiqinə əsasən Lisenziarlar üçün müəyyən olunmuş 15 aprel 2020-ci il tarixi 15 may 2020-ci il tarixinədək uzadılır.
Beləliklə, klubların minimum standartlara uyğun fəaliyyət göstərməsini qiymətləndirən müvafiq sənədlərin UEFA Administrasiyasına təqdim edilməsi üçün müəyyən edilmiş 1 may 2020-ci il tarixi 15 iyun 2020-ci il tarixinədək uzadılıb.

İdman       Tarix: 06 aprel 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında İsrail yığmasını məğlub edib. bildirir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, U-15 millimi

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər son xeberler azerbaycan enson xeberler cəbhədən video