AFFA bu klubları CƏRİMƏLƏDİ

AFFA bu klubları CƏRİMƏLƏDİAFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
KONKRET.azxəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul olunub.
29.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun "Kəpəz" – "Səbail" oyununda "Səbail" klubunun 55 nömrəli futbolçusu Nihad Qurbanlı oyunun 40-cı dəqiqəsində rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırımızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın, klub 200 manat cərimə olunsun. (maddə 47.2).
29.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun "Zirə" – "Neftçi" oyununda jurnalistlər zona 1-də PFL-in verdiyi akkreditasiyaları üzərlərində görünən şəkildə asmadıqları üçün "Zirə" kluba xəbərdalıq edilsin. (PFL-nin Əsasnaməsinin 14.7-ci bəndinin tələblərinin pozulması, maddə 35, maddə 11).
30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun "Şamaxı" – "Qarabağ" oyununda "Qarabağ" klubunun azarkeşləri tərəfindən Şamaxı stadionunda 12 ədəd plastik oturacağın sıradan çıxarılmasına görə stadiona ziyan vurulduğu üçün dəymiş ziyan "Qarabağ" klubu tərəfindən tam ödənilsin. (maddə 49.4).
30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun "Sabah" – "Qəbələ" oyununda "Sabah" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün "Sabah" klubu 800 manat cərimə olunsun. (maddə 39).
30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun "Sabah" – "Qəbələ" oyununda "Sabah" və "Qəbələ" klublarının azarkeşləri arasında kütləvi şəkildə intizamsızlıq baş verərək iğtişaş törədildiyinə görə "Sabah" və "Qəbələ" klubları ayrı – ayrılıqda 4000 manat cərimə olunsun. (maddə 49.1, maddə 49.3).
30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun "Sabah" – "Qəbələ" oyununda "Qəbələ" klubunun azarkeşləri tərəfindən qaçış zolağına kənar əşyaların atılmasına görə "Qəbələ" klubu 1600 manat cərimə olunsun (maddə 51.1).
30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun "Sabah" – "Qəbələ" oyununda "Qəbələ" klubunun azarkeşləri tərəfindən stadiona ziyan dəydiyi üçün (73 ədəd plastik oturacağın sıradan çıxması faktı) dəymiş ziyan "Qəbələ" klubu tərəfindən tam ödənilsin. (maddə 49.4).
30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun "Sabah" –"Qəbələ" oyununda, "Qəbələ" klubunun azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı) görə, "Qəbələ" klubunun azarkeşlərinin stadiona girişinə 1 oyunluq məhdudiyyət qoyulur. 05.11.2022-ci il tarixində Misli Premyer Liqasının XIII turunda keçiriləcək "Qəbələ" – "Zirə" oyununda "Qəbələ" komandasının azarkeşlərinin stadiona girişi qadağan edilsin. (maddə 49.3).

İdman       Tarix: 03 noyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler 2026 cəbhədən son xəbərlər sonxəbərlər apa.az xeberler