AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
KONKRET.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının IV tur qarşılaşmalarında baş vermiş hüquqi pozuntularla əlaqədar qərarlar çıxarılıb.
"Zirə" ilə ev oyununda "Neftçi" klubu azarkeşlərinin meydana kənar əşyalar atmaları səbəbindən 1 600 manat cərimələnib. "Ağ-qaralar" daha 1 600 manat cəriməni meydana kənar şəxslər daxil olduğu üçün ödəməli olacaq.
"Şamaxı" ilə ev matçında "Qarabağ" azarkeşləri kütləvi şəkildə təhqiramiz ifadələrə yol veriblər. Bu səbəbdən, Ağdam klubu 4 000 manat ziyana düşüb.
"Səbail" komandası ilə səfər oyununun 69-cu dəqiqəsində "Kəpəz"in futbolçusu Rauf Əliyev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bununla belə, o, yenidən meydana daxil olub. İntizam Komitəsi 33 yaşlı hücumçunu 5 oyunluq cəzaya, klubunu 4 000 manatlıq cəriməyə məruz qoyub.
"Kəpəz"in kapitanı Tural Axundov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəza, klub 200 manat cərimə alıb.
"Səbail" klubu isə oyun zamanı stadionun dəhlizində "A" buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün 800 manat cərimələnib.
"Sabah" komandası ilə ev matçında 5 futbolçusu sarı vərəqə aldığı üçün "Qəbələ"yə 800 manat cərimə kəsilib.
Klub daha 4 000 manat cəriməni azarkeşlərinin kütləvi şəkildə təhqiramiz ifadələr işlətmələri ilə əlaqədar alıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi