AFFA "Qarabağ"ı yenə cərimələdi
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının I turunun təxirə salınmış "Sabah" – "Qarabağ" (2:1) oyununda baş verənlərlə bağlı qərar qəbul edib.
KONKRET.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matçda Ağdam təmsilçisi azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə 7000 manat məbləğində cərimələnib.
"Köhlən atlar" həmçinin azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına və stadiona zərər vurulduğuna görə 3000 manat ziyana düşüb. "Qarabağ" stadiona dəyən ziyanı da qarşılamalı olacaq.
Komitə son Azərbaycan çempionunu oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə xəbərdarlıq da edib.
Eyni matçda "Sabah" klubu isə meydançaya kənar şəxs daxil olduğu üçün 2500 manat cərimələnib.
Qeyd edək ki, AFFA İntizam Komitəsi "Qarabağ"ı bir müddət öncə də cərimələmişdi.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA