AFFA rəhbərliyinə gətirilən Könül Mehtiyeva KİMDİR?

AFFA rəhbərliyinə gətirilən Könül Mehtiyeva KİMDİR?Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) quruma yeni prezident seçilib, eyni zmanda vitse-prezidentlər müəyyənləşib.
AFFA-nın yeni prezidenti vəzifəsinə Rövşən Nəcəf, AFFA-nın İcraçı vitse-prezidenti vəzifəsinə Sərxan Hacıyev seçilib. Konül Mehtiyeva, Balakişi Qasımov və Elşad Nəsirov isə vitse-prezidentlər olublar.
Bununla bağlı qərar bu gün qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
S.Hacıyev həmçinin müvəqqəti olaraq Baş katib vəzifəsini də icra edəcək.
Bəs kişilərlə birgə AFFA rəhbərliyinə gətirilən xanım kimdir?
KONKRET.az xəbər verir ki, Modern.az saytı AFFA-nın yeni vitse-prezidenti Könül Mehtiyeva haqqında qısa dosyeni təqdim edir:
Könül Mehtiyeva 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Unviersitetinin Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr dərəcəsi alıb.
2002-2007-ci illərdə AFFA-da (Baş katibliyin sənədlərin hazırlanması və daxil olan sənədlərin cavablandırılması) çalışıb.
2007-ci ildən isə Beynəlxalq Əlaqələr Departamentində beynəlxalq futbol qurumları (FİFA, UEFA və digər Konfederasiyalar və beynəxalq futbol təşkilatları) və FİFA və UEFA-ya üzv assosiasiyaları ilə kommunikasiya, FİFA və UEFA tərəfindən həyata keçirilən müxtəlif layihələrin həyata keçirilməsi, kurasiyası və hesabatı, müxtəlif beynəlxalq qurumlar (UNİCEF, Avropa Birliyi, Avropa Şurası və digər) ilə birgə həyata keçirilən layihələrin kurasiyası, AFFA-nın keçirdiyi beynəlxalq tədbirlərin sifariş kitablarının hazırlanmasının koordinasiyası və tədbirlər keçirildiyi zaman müəyyən sahələrin kurasiyası (2012 FİFA U-17 Qadınlararası Dünya Çempionatı, 2016 UEFA U-17 Avropa Çempionatı, 2019 UEFA Avropa Liqasının final oyunu, UEFA AVRO 2020) ilə məşğul olub.
2020-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür.
2015-ci ildən (UEFA-nın ən yüksək qərar qəbul edən nümayəndəsi, oyun və turnirlərin UEFA və FİFA-nın tələb və nizamnamələrinə uyğun olaraq keçirilməsi) – UEFA tərəfindən təşkil edilən 50-dən çox oyun və turnirlərə, o cümlədən UEFA Çempionlar və Avropa Liqasının seçmə və qrup mərhələsi, FİFA Dünya Çempionatının və UEFA Avropa Çempionatının seçmə mərhələsi, UEFA Millətlər Liqasının seçmə mərhələsi, UEFA U-19 və U-17 Avropa Çempionatlarının Elit və seçmə mərhələsi turnirləri, UEFA Qadınlardan ibarət Çempionlar Liqasının yarımfinal və Final oyunlarına UEFA nümayəndəsi kimi təyinat alıb.
K.Mehtiyeva son təyinatadək AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri vəzifəsini tutub.

İdman       Tarix: 02 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


yeni xeberler azerbaycan xeberleri son xeberler enson xeberler sonxabar az krminal bu gun cəbhədən canlı