Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) və digər federal hüquq-mühafizə orqanları Vaşinqtonda, Ağ Evin cənub meydançasında (South Lawn) keçirilən "UFC America 250" (UFC Freedom 250) qarışıq döyüş sənətləri turniri zamanı törədilməsi planlaşdırılan irimiqyaslı terror hücumlarının qarşısını alıb. ABŞ-ın 250 illik yubileyinə və Prezident Donald Trampın ad gününə həsr olunmuş tarixi idman tədbirinə qarşı hazırlanan sui-qəsd planı vaxtında ifşa edilib.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, FTB direktoru Keş Patel turnirə qarşı potensial təhlükə barədə iyunun 10-da məlumat əldə etdiklərini bildirib. Onun sözlərinə görə, FTB, tərəfdaş kəşfiyyat qurumları və ABŞ Ədliyyə Nazirliyinin birgə həyata keçirdiyi çoxştatlı operativ əməliyyat nəticəsində planlaşdırılan qanlı hücumların qarşısı tamamilə alınıb.
Məhkəmə sənədlərindən sızan və rəsmi dairələrin təsdiqlədiyi məlumatlara görə, şübhəli şəxslər şifrəli "Signal" messencerində "Vanguard of the Old" adlı qrup yaradaraq Ağ Evin ərazisindəki turnir arenasına partlayıcı maddələrlə yüklənmiş pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum etməyi planlaşdırıblar. Sui-qəsdçilərin ilkin planı arenanın şimal tərəfində PUA-ları partlatmaq, yaranan xaos və kütləvi təxliyə zamanı isə qabaqcadan yerləşdirilmiş snayper qrupları vasitəsilə qaçan insanları, xüsusilə də yüksək rütbəli rəsmiləri, siyasətçiləri və varlı şəxsləri atəşə tutmaq olub. Hətta hücumun ikinci dalğasında Ağ Evin darvazalarına basqın edilməsi də nəzərdə tutulubmuş.
Genişmiqyaslı əməliyyat çərçivəsində Ohayo, Missuri, Nebraska və Kaliforniya ştatlarında 5 radikal qrup üzvü (Taysen Proper, Daniel Eskric, Abraham Alvares, Brayan Roa və Maykl Tomas) həbs olunub. Gizli yazışmalarda hücumun ABŞ-da yeni bir "inqilab başlatmaq" məqsədi daşıdığı bəyan edilib. Məşhur döyüşçülərin, siyasətçilərin və milyarderlərin (məsələn, İlon Mask və Mark Zukerberq) qonaq qismində qatıldığı turnirin təhlükəsizliyinə cavabdeh olan Gizli Xidmət (Secret Service) isə tədbirin və dövlət rəsmilərinin heç bir an risk altında qalmadığını, istintaqın və digər şübhəlilərin axtarışının davam etdiyini açıqlayıb.
Natiq Səlim,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA