Ağciyər xərçənginə qarşı ilk peyvənd hazırlanır
Britaniyalı alimlər ağciyər xərçənginə qarşı dünyada ilk peyvəndin hazırlanması üzərində işləyir.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı "Sky News" yayıb.
Bildirilir ki, "LungVax" adı verilən peyvənd sözügedən xəstəliyə tutulma hallarının qarşısını 90%-ə qədər ala biləcək.
Məlumata görə, peyvənd ağciyərlərdə xərçəng hüceyrələrini məhv etmək üçün bədənin immun sistemini aktivləşdirəcək.
Bir neçə xeyriyyə təşkilatı alimlərdən ibarət komandaya 3000 doza "LungVax" peyvəndinin hazırlanması üçün 1,7 milyon funt sterlinq maliyyə ayırıb.
Peyvənd Oksford Universitetinin alimləri və "AstraZeneca" şirkəti tərəfindən birgə hazırlanır.
Xatırladaq ki, "BionTech" şirkətinin təsisçiləri, türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci də xərçəng xəstəliyinə qarşı hazırladıqları vaksinin uğurlu nəticələr verdiyini açıqlayıblar. Türkiyəli cütlük sözügedən vaksinin üzərində 15 ildən çoxdur ki işləyir. Şirkət 2030-cu ilə qədər 10 000-ə yaxın onkoloji xəstənin müalicə edilməsini nəzərdə tutur.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var