Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Xəzərin səviyyəsinin enməsi ilə bağlı dövlətlərarası komissiyasının ilk iclası 2027-ci ilin ilk yarısında Azərbaycanda keçiriləcək.
Bu barədə beş Xəzəryanı dövlətin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) başçısının iştirakı ilə keçirilən Xəzər Ekoloji Sammitində qərar qəbul olunub.
Dövlət başçıları Azərbaycan, Qazaxıstan və Türkmənistanın hökumət başçılarının müavinləri, İran və Rusiyanın yüksək vəzifəli nümayəndələri səviyyəsində Komissiyanın təsis edilməsini razılaşdırıblar.
Sonrakı iclasların Xəzəryanı dövlətlərin ərazilərində ingilis əlifbasının sıralanma qaydasına uyğun olaraq növbə ilə keçiriləcək.
Sözügedən məsələ ilə bağlı komissiya və ya işçi/ekspert qruplarının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülüb.
29 iyun 2022-ci ildə Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Prezident İlham Əliyev Xəzər dənizinin səviyyəsinin sürətlə enməsi və dayazlaşması problemini xüsusi vurğulayaraq, bu ekoloji fəlakətin səbəblərini öyrənmək və fəsadların qarşısını almaq üçün Xəzəryanı ölkələrin mütəxəssislərindən ibarət birgə ekspert qruplarının yaradılmasını təklif edib. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
Qadınlara gül almayın' - Niyamdan kişilərə
Yenidən məhkəmədə üz-üzə gələcəklər
Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı
Bu şəxslərə maaşın 25 mislinədək mükafat veriləcək
Süni tənəffüs aparatına qoşuldu
Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə
5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı
AnewZ': Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Bizi daha xoşbəxt edəcək dost tipi AÇIQLANDI
Qol və ayaqlardakı bu simptom xərçəngin əlamətidir?
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı