Ağstafada bayram tədbiri keçirildi - FOTOLAR

Ağstafada bayram tədbiri keçirildi - FOTOLARAğstafada "Keşikçidağda Novruz adət-ənənələri yaşadılır" adlı bayram tədbiri keçirilib.
azxeber.com xəbər verir ki, "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə RİH başçısı bayram təbriklərini çatdırıb, milli mənəvi dəyərlərimizi təcəssüm etdirən bu cür tədbirlərin təşklinin yüksək əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanın qədim adət-ənənələrinin yaşadıldığı milli bayramlarımızdan olan Novruzun dəyərlərinin yaşadılması, gənc nəsilə aşılanması, o cümlədən Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən tarixi abidələrin tanıdılmasıdır.
Tədbir qoruğa məxsus informasiya mərkəzində qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara, udun sədaları altında və kosa, keçəl, Bahar qızının müşayiəti ilə milli geyimli gənclərin xüsusi bəzədilmiş Dilbaz atlarının gəlişi ilə başlayıb.
"Kitab-i Dədə Qorqud" dastanının əsas prototipi hesab edilən el ağsaqqalı Dədə Qorqudun dilindən ibrətamiz sözlər söylənilmiş, Novruz atributları ilə bəzədilmiş bayram dekorasiyaları və xalçalarla, saxsı nümunələri ilə bəzədilmiş alaçıqlar nümayiş etdirilib. Kiçik karateçilərin göstərdikləri idman nümunələri də maraqla qarşılanıb.
İstedadlı gənclərin təqdim etdikləri konsert proqramından sonra Novruz tonqalı alovlandırılıb, ətrafında güc, harmoniya və birlik simvolu hesab edilən milli Yallı rəqsi oynanılıb.
Ağstafada bayram tədbiri keçirildi - FOTOLARAğstafada bayram tədbiri keçirildi - FOTOLARAğstafada bayram tədbiri keçirildi - FOTOLARAğstafada bayram tədbiri keçirildi - FOTOLARAğstafada bayram tədbiri keçirildi - FOTOLARAğstafada bayram tədbiri keçirildi - FOTOLARAğstafada bayram tədbiri keçirildi - FOTOLARAğstafada bayram tədbiri keçirildi - FOTOLARAğstafada bayram tədbiri keçirildi - FOTOLAR

Sosial       Tarix: 11 mart 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezenesi cəbhədən yeni xəbərlər metbuat xeberleri son xeberler az