Aİ-dən Dumanın qondarma "respublika"ların tanınması ilə bağlı müraciətinə SƏRT REAKSİYA
Avropa İttifaqı (Aİ) Rusiya Dövlət Dumasının "Donetsk və Luqansk Xalq Respublikaları"nın müstəqil qurumlar kimi tanınmasına dair Prezident Vladimir Putinə müraciət qəbul etməsini qəti şəkildə pisləyir.
KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell "Twitter" hesabında bildirib.
Aİ-nin Ali Nümayəndəsi qeyd edib ki, bu tanınma Minsk razılaşmalarının açıq şəkildə pozulması olacaq.
"Aİ-nin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyi və öhdəliyi sarsılmaz olaraq qalır.
Biz Rusiyanı öz öhdəliklərini yerinə yetirməyə və "Normandiya formatı" və Üçtərəfli Təmas Qrupu çərçivəsində xoş niyyətlə əməkdaşlığa çağırırıq", – Borrell vurğulayıb.
Xatırladaq ki, bu gün Rusiya Duması separatçı "DXR" və "LXR"-in tanınması üçün Putinə müraciət qəbul edib.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var