Aİ Türkiyədəki prezident seçkilərinin təşkilini alqışlayıb
"Avropa İttifaqı (Aİ) mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkilərinin şəffaf keçirilməsini və səsvermə zamanı yüksək fəallığı demokratiyanın bariz nümunəsi kimi qiymətləndirir".
Bu, Aİ-nin Türkiyədəki prezident seçkiləri ilə bəyanatında öz əksini tapıb.
Qeyd edilib ki, qurum seçkilərin təşkilini alqışlayır: "Aİ seçkilərin şəffaf və etibarlı şəkildə keçirilməsinə böyük əhəmiyyət verir. Aİ yeni parlamentin öz funksiyalarını yerinə yetirməsini səbirsizliklə gözləyir".
Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə Prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.
İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.
///Report / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi