Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət etdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət etdiAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib.
Komitədən "Report"a verilən məlumatda bildirilir ki, son günlər kütləvi informasiya vasitələrində, daha çox isə ictimai fəal vətəndaşların sosial şəbəkə hesablarında uşaqlarla bağlı faciəvi faktları əks etdirən xəbərlərin tirajlanması acı bir həqiqətə – valideyn məsuliyyətsizliyi ilə bağlı bəzi hallara bir daha diqqət yetirməyə vadar edir.
"Çünki valideynlik vəzifələrinin düzgün yerinə yetirilməməsi, bəzi valideynlərin övladları qarşısındakı öhdəliklərinə biganə yanaşması, öz hüquqlarından sui-istifadə etməsi,eləcə də etinasızlıq, laqeydlik və diqqətsizlik kimi hallara yol verməsi uşaqlarla bağlı bədbəxt hadisələrin baş verməsinə gətirib çıxarır.
Bəs bu hadisələrin qarşısını necə almaq olar, valideynlər nələrə diqqət etməlidirlər?
Bunun üçün onlar uşaqların yaş xüsusiyyətləri, maraq və ehtiyacları barədə ən azı ümumi bigilərə malik olmalıdırlar ki, öz davranış və münasibətlərini ona uyğun tənzimləyə bilsinlər.
Valideynlər hər bir uşağın digər yaşıdlarından fərqli düşüncəyə və xüsusiyyətlərə malik olduğunu dərk etməli, onu qəbul etməli, bütün hərəkət və davranışlarında bunu nəzərə almalıdırlar", - Komitədən bildirilib.
Qeyd edilib ki, ilk növbədə övladlarına kifayət qadər vaxt ayırmalı, ailə üzvləri arasında qarşılıqlı hörmət və sevgiyə əsaslanan ünsiyyəti möhkəmləndirməlidirlər: "İlk gündən ailədə bu qaydalar çərçivəsində öz davranışlarını formalaşdıran uşaqlar həm şəxsi azadlığını dəyərləndirə bilir, doğmaları və onu əhatə edən cəmiyyət üzvləri qarşısında öhdəliklərini yaxşı dərk edir, həm də qaydalara uyğun yaşamağı öyrənirlər. Çünki valideynlər övladlarının ilk həyat müəllimləridir.
Bu səbəbdən də hər bir valideyn övladının şəxsi bacarıq və qabiliyyətlərinin inkişafı ücün səylə çalışmalı, həmçinin onun qarşısında əldə edə bildiyi bilik səviyyəsinə uyğun gözləntilər qoymalıdır.
Valideynlər övladlarının gündəlik həyatından xəbərdar olmaqla yanaşı, onun şəxsi həyatının da olmasını qəbul etməlidirlər.
İdeal və qeyri-ideal valideyn yoxdur, amma övladlarına diqqət və sevgini düzgün ifadə edən və ya bunu yaxşı bacarmayan valideynlər var. Odur ki, valideyn və ya bu vəzifəni yerinə yetirməli olan şəxslər uşaq və yeniyetmələrin nəyə ehtiyacı olduğunu düzgün müəyyən edərək, onu təmin etməyə çalışmalı onların ən ümdə maraqlarının qoruyucusu olmalıdır".
"Dövlət Komitəsi ailələrə və cəmiyyət üzvlərinə müraciət edərək, ilk növbədə öz övladlarına, həmçinin bizim hamımızın və Azərbaycanın gələcəyi olan uşaqlara diqqətlə yanaşmağa, onların mənəviyyatca zəngin, fiziki cəhətdən sağlam böyümələri, təhlükəsiz və azad bir cəmiyyətdə yaşamalarını təmin etmək istiqamətində səyləri birləşdirməyə çağırır", - müraciətin sonunda qeyd edilib.

Sosial       Tarix: 30 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri şou biznes xəbərləri cəbhədən şad xəbər sonxəbərlər gunun xeberleri