AIMC şirkəti Azərbaycanda ilk dəfə "Catepillar"a məxsus yeni mədən texnikalarını təqdim etdi - FOTOLAR

AIMC şirkəti Azərbaycanda ilk dəfə "Azerbaijan International Mining Company Limited" (AIMC) dekabrın 11-də Gədəbəydə keçirilən təqdimat zamanı yeni "Caterpillar" yeraltı mədən avadanlıqlarını təqdim edib. 
azxeber.com xəbər verir ki, mərasimdə AIMC-nin əsas etibarilə təhlükəsizliklə qurulmuş, müasir standartlara riayət etmək və mədənçıxarma sektorunda inkişafı təşviq etmək, nəticədə istehsal potensialını artırmaq üçün nəzərdə tutulmuş ən müasir, yeni nəsil maşınları nümayiş etdirilib.
AIMC-nin vitse-prezidenti Stiven Vesthed çıxışında vurğulayıb ki, Geologiya və mədənçıxarma sahəsində aparılan sistemli islahatlar və hərtərəfli səylər nəticəsində ölkənin dağ-mədən sənayesi müasir inkişaf mərhələsinə qədəm qoyub. Yeraltı avadanlıqlar şirkətin hazırda tikilməkdə və işlənməkdə olan yeni Gilar mədənində istifadə olunacaq. Yeraltı avadanlığın istifadəsi üçün avadanlıq operatorları və avadanlıqlara texniki qulluq və yardımçı heyət daxil olmaqla, təxminən 50 yeni yerli işçinin işə götürülməsi tələb olunacaq. Hazırda şirkətinin Gədəbəydəki zavodunda 1639 işçisindən 1100 nəfəri Gədəbəy rayon sakinləridir ki, bu da AIMC-nin regionun insan kapitalının gücləndirilməsinə sadiqliyini vurğulayır. Bundan əlavə, şirkət həm də yerli sakinləri şirkətin podratçıları olaraq işlə təmin edir.
Media nümayəndələri R1700 yeraltı yükləyici və iki 980UMA yeraltı yükləyicidən ibarət yeraltı mədən texnikası haqqında ətraflı məlumat əldə ediblər. Mədənçıxarma sənayesində yüksək keyfiyyəti və etibarlılığı ilə tanınan məşhur "Cat"  brendi tərəfindən istehsal edilən maşınlar sələfləri ilə müqayisədə daha güclüdür və optimal performansı, təkmilləşdirilmiş yanacaq səmərəliliyini təmin edən yeni "powershift" transmissiyası kimi bir çox yeni xüsusiyyətlərə malikdir. Həmçinin operator yeri təkmilləşdirilmiş və daha rahatdır. Daha yaxşı giriş nöqtələri, çoxsaylı yanğınsöndürmə sistemləri və təkmilləşdirilmiş görmə və işıqlandırma daxil olmaqla bir çox yeni təhlükəsizlik xüsusiyyətləri əlavə edilib. 
Stiven Vesthed növbəti ildə şirkətin yeni müasir avadanlıqlarla təmin olunmasının nəzərdə tutulduğunu qeyd edib.
Lenti kəsdikdən sonra media nümayəndələrinə müsahibə verən AIMC-nin prezidenti Reza Vəziri mədənçıxarma sektorunda mühüm mərhələlərə nail olmaq üçün yeni texnologiyaların tətbiqinin vacib olduğunu vurğulayıb. O, mərasimdə təqdim olunan avadanlığın təməlqoyucu olduğunu və "Caterpillar" yeraltı avadanlıqlarının Azərbaycanda ilk dəfə tətbiq olunacağını bildirib.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb. 
Qeyd edək ki, AIMC Azərbaycan Respublikası Hökuməti ilə "R.V. Investment Group Services LLC" (ABŞ) arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Azərbaycanda müxtəlif qızıl və mis yataqlarının kəşfiyyatı, idarə edilməsi və saziş çərçivəsindəki əməliyyatların həyata keçirilməsi ilə fəal şəkildə məşğul olur. Şirkətin portfelinə Hasilatın Pay Bölgüsü Sazişinə əsasən 51 faizlik paya sahib olan Azərbaycan Respublikası Hökuməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrlə, digər lisenziya sahələri ilə yanaşı, Qoşa və Gədəbəy mədənləri də daxildir.
Xatırladaq ki, Azərbaycanda qızıl hasilatı sənayesinin yaradılmasına Prezidentin 5 fevral 1996-cı il tarixli "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə" fərmanı ilə başlayıb. Daha sonra, 20 avqust 2022-ci ildə ABŞ-ın "RV Investment Group Services LLS" şirkəti ilə Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Sazişə və onun 20 iyun 2022-ci il tarixli dəyişikliyinə əsasən, AIMC-yə Zəngəzur iqtisadi zonasında yerləşən Qızılbulaq, Dəmirli və Vejnəlidə qızıl, mis və polimetal yataqlarının işğaldan azad edildikdən sonra kəşfiyyatı və işlənməsi səlahiyyəti verilib.
AIMC şirkəti Azərbaycanda ilk dəfə AIMC şirkəti Azərbaycanda ilk dəfə AIMC şirkəti Azərbaycanda ilk dəfə AIMC şirkəti Azərbaycanda ilk dəfə AIMC şirkəti Azərbaycanda ilk dəfə

Sosial       Tarix: 14 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


son xeberler yeni xeberler azerbaycan xeberleri hava durumu sonxəbər gunun xeberleri cəbhədən ən son xəbər