Akardan VACİB MESAJLAR: Türkiyə bu dəhlizin qurulmasına icazə vermədi

Akardan VACİB MESAJLAR: Türkiyə bu dəhlizin qurulmasına icazə vermədiBayden administrasiyasına indidən qılınc qaldırmaq doğru deyil. Prosesi görmək və buna uyğun bir yol seçmək daha faydalıdır.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.
Onun Türkiyənin "Hüriyyət" qəzetinə müsahibəsini təqdim edirik:
- 15 iyul olaylarından (FETÖ-nün qiyam cəhdi) sonra Türkiyə Silahlı Qüvvələrinin vəziyyəti necədir? Bərpa olubmu?
- 15 iyul xain çevriliş cəhdindən sonra bəziləri ordudan uzaqaşdırıldı. Generalların 50 faizi, şəxsi heyət zabitlərinin də 73 faizi vəzifədən kənarlaşdırıldı. Bir ay sonra "Fərat Qalxanı" əməliyyatı baş tutdu, daha sonra 4 böyük uğurlu əməliyyat keçirildi. Dünyadakı başqa heç bir ordu bunun öhdəsindən gələ bilməz.
- Əməliyyatların məqsədi "terror dəhlizi" adlandırdığınız planı pozmaq idi. Bu işdə uğur qazana bildinizmi?
- Terror dəhlizi qondarma dövlətin qurulması anlayışına bərabər bir məsələdir. Türkiyə bu dəhlizin qurulmasına icazə vermədi, dağıdıb bir kənara atdı. Bu edilməsəydi, bu gün bir çox fərqli təhdid və təhlükələrlə qarşılaşacaqdıq. Türk ordusu hara gedir-getsin, ora sülh, əmin-amanlıq və sabitlik aparır. Mehmetçik (türk əsgəri) məzlum və məsumların qalxanıdır.
- Sizcə, Azərbaycanın qələbəsindən sonra ortaya çıxan ən vacib məsələ nədir?
- Əməliyyatlar 44 gün davam etdi. Bu əməliyyatların ən əhəmiyyətli təsiri bu oldu: iki ölkə də "iki dövlət, bir millət" şüurunu daha yaxşı qavradı. Bu şüur öz yerinə oturdu. Bundan sonra Ermənistan öz seçimlərini düzgün etsə, sülhün payçısı ola bilər.
- Liviyada Haftarın təhdidləri gündəmdədir. Haftara çox sərt cavab verdiniz. Haftar haqqında nə düşünürsünüz?
- Haftar əslində bir oyuncaqdır, insanlığın düşmənidir. Özünə saxta marşal rütbəsi verən bir şəxsdir. Üçüncü dövlətlərin istifadə etmək istədikləri profilə uyğun gəlir. Onun arxasında kimin olduğu məlumdur. Kiminsə qulluqçusu olmaqla Liviyanı qeyri-sabit duruma sürükləyir. Haftar başına gələnlərdən qorxur. Liviyada bir çox kütləvi məzarlıq aşkar edilib. 200-dən çox cəsəd var. Xəstəxana və məktəblərə xaincəsinə hücumlar təşkil edir. Beynəlxalq cinayət məhkəmələrində mühakimə olunmaq onu qorxudur. Bəzi ölkələr də insanlığın bu düşmənini dəstəkləyir.
- Yunanıstan ilə Türkiyə arasında hazırki vəziyyət necədir?
- Yunanistan son üç ayda yalnız ikisində fəaliyyət göstərdiyi 49 NAVTEX elan etdi. Ortaya atdığı bütün dəlilləri öz uydurmalarıdır. Türkiyəni sıxışdırmaq üçün əlindən gələni edir. "Gəl oturaq, danışaq" deyəndə görüşməkdən imtina edir. Qapı-qapı gəzir və öz yalanlarına inanır.
- "S-400" problemi və sanksiyalar gündəmdədir. ABŞ-la münasibətlərdə necə bir gələcək proqnozlaşdırırsınız?
- Amerika ilə uzun illərə söykənən əlaqələrimiz var. Yüzlərlə məsələnin içindən "S-400"ü götürüb bu əlaqələri kilidləmək doğru deyil. FETÖ-nü istədik, verdinizmi, yox. "S-400" bizim üçün bir seçim deyil, zərurətdir. 83 milyon vətəndaşımızın təhlükəsizliyi sual altındadır.
Bayden administrasiyasına indidən qılınc qaldırmaq doğru deyil. Prosesi görmək və buna uyğun bir yol seçmək daha faydalıdır. PKK YPG deməkdir. Bunu başa düşmək lazımdır. Gözləntimiz budur ki, silah-sursat da daxil olmaqla bütün dəstək dayandırılsın.

Dünya       Tarix: 04 yanvar 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68


son xeberler yeni xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun xeber az son.xabar xeberler bu gun