Akardan yanğınlarla bağlı AÇIQLAMA: ən qısa müddətdə
Türkiyə Milli müdafiə naziri Hulusi Akarın başçılığı, Baş Qərargah rəisi, general Yaşar Güler, Quru Qoşunları komandanı Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyüz, Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal və nazir müavini Yunus Emre Karaosmanoğlunun iştirakı ilə videokonfrans keçirilib.
Publika.az xəbər verir ki, görüşdə Əfqanıstan Türk İşçi Qüvvələrinin komandanı, Liviya və Azərbaycan Qrupu komandanı, Kipr Türk Sülh Qüvvələri komandanı, NATO-nun Baş Qərargahında Türkiyə Hərbi Nümayəndəliyinin başçısı və ordu komandanları, Hərbi Hava Qüvvələri və Donanma komandanları da çıxış edib.
Şərqi Aralıq dənizindəki terrorla mübarizə əməliyyatlarının və koronavirusla mübarizədə görülən tədbirlərin, təhlükəsizlik məsələlərinin müzakirə edildiyi toplantıda təlimatlar verən Hulusi Akar meşələrin söndürülməsindən danışıb.
Nazir yanğınların onu dərindən sarsıtdığını deyib: "Dövlətimiz və hökumətimiz bütün yaraları ən qısa müddətdə sağalda biləcək gücə malikdir. Müvafiq nazirliklər yanğınların səbəbinin müəyyən edilməsi üçün işlərini davam etdirir. Türkiyə Silahlı Qüvvələri terrorla və yanğınla mübarizədə hər zaman və hər yerdə xalqının ixtiyarındadır".
Aytən Məftun

ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı