Akarla Şoyqu arasında KRİTİK MÜZAKİRƏ: "Belə hallara imkan verməyəcəyik..."
Türkiyənin müdafiə naziri, ordu generalı Hulusi Akarla Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bunu H.Akar jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, rusiyalı həmkarı ilə telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər. Oradakı terror qruplarının qısa müddətdə nəzarət altına alınması və onlara qarşı bir sıra mübarizə tədbirlərinin qüvvəyə minməsinin zəruriliyi ifadə edilib. Nazir bununla bağlı rusiyalı həmkarı ilə həmfikir olduqlarını bildirib:
"Müzakirələr qarşılıqlı anlaşma şəraitində keçdi. Suriyada tədbirlərin görülməsi ilə bağlı razlığa gəldik. Fəaliyyətimizi bu istiqamətdə davam etdiririk. Suriyada zaman-zaman atəşkəs pozulur. Türkiyə Silahlı Qüvəlləri belə hallara imkan verməyəcək. Atəşkəsin pozulması hallarının qarşısını almaq üçün lazımı addımlar atırıq". / "Report"

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək