"Alatava"nın Emkası: "Mən məktəbdə oxuyandan siqaret çəkirəm
"Alatava" serialında Emka obrazı ilə məşhurlaşan aktrisa Rumiyyə Ağayeva qeyri-adi açıqlamaları ilə gündəmə gəlib.
azxeber.com xəbər verir ki, "Könüllü danış" layihəsinin qonağı olan aktrisa bir sıra məqamlara toxunub.
O, serialda canlandırdığı obrazı siqaret çəkib, içki içdiyinə görə qınayanlara cavab verib:
"Bir neçə gün əvvəl "Netflix"də bir filmə baxdım, dünyanın dağılması ilə bağlı, həyəcanlı film idi, baş rolu Culiya Roberts oynayırdı. Filmin bir hissəsində o, bir uşaqla danışır, fəlsəfi fikirlər söyləyir, izləyicini öyrədir. Mən həmin kadrların tez keçməsini gözləyirdim ki, tez elə, danış qurtar, görək sonra nə olacaq. Mən film seçəndə düşünmürəm ki, hansı film mənə nə öyrədəcək. "Alatava" da şou idi, insanlar seriala baxır ki, ruhu dincəlsin, rahatlasın, ona görə baxmırlar ki, bu serialdan nə isə öyrənsinlər. Kimsə desə ki, mən seriala nə isə öyrənmək üçün baxıram, buna inanmaram".
Aktrisa özü real həyatda məktəb illərindən bəri siqaret çəkdiyini etiraf edib:
"Sizə bir sirr açım, mən siqareti məktəb vaxtından çəkirəm və özümü "krutoy" hesab edib küçədə gəzə-gəzə siqaret çəkirdim. İnsanlar mənə gözlərini bərəldib baxırdılar. Çəkirsənsə, bunu gizlətmə.Amma indi görürəm ki, küçədə qadınlar gedir rahat siqaretini çəkir, kafedə oturub çəkir. Niyə də yox? Niyə kimsə özünü sıxmalıdır?".
Seymur
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var