Aleksandr Oxrimenko: "Ukrayna iqtisadiyyatı "erməni boykotu"nu heç hiss etməyəcək" - MÜSAHİBƏ
Aleksandr Oxrimenko: "Ukrayna iqtisadiyyatı "erməni boykotu"nu heç hiss etməyəcək" - MÜSAHİBƏ
Ermənistanda türk mallarının idxalına qadağa qoyulduqdan sonra yeni bir kampaniya başladılıb - "Ukrayna malı almayın". Ermənilər sosial şəbəkələrdə Ukraynanı Türkiyənin istehsal etdiyi "Bayraktar" pilotsuz təyyarələri üçün mühərrik tədarük etməkdə günahlandırır, bu səbəbdən onların fikrincə, "ermənilər Ukrayna mallarına pul verərkən türkləri silahlandırır".
Ukrayna Analitik Mərkəzinin direktoru, iqtisad elmləri namizədi Aleksandr Oxrimenko Media.Az-a verdiyi müsahibədə Ermənistanda gedən kampaniyanı "siyasi piar" adlandırıb:
"Onlar bu hərəkətləri ilə erməni əhalisini real problemlərdən yayındırmağa çalışırlar. Ermənistan Ukraynanı düşmən adlandırmaqla və hansısa anti-Ukrayna hərəkətləri etməklə yalnız özünə ziyan vurur. İrəvan əsaslı bir səbəblə Rusiyaya düşmən deyə bilərdi".
- Belə görünür ki, Azərbaycanın strateji tərəfdaşlar siyahısına daxil edilməsi Ermənistanı çox məyus edib.
- Kiyevlə Bakı arasındakı münasibətlər həmişə yaxın olduğu üçün heç bir şey dəyişməyib. Bakı Kiyev üçün dost və müttəfiqdir. Ukrayna Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır.
Ərazilərin yenidən bölüşdürülməsi ilə heç vaxt razılaşmayacağıq, bu, birbaşa ölkəmizə də aiddir. Eyni zamanda, Ukrayna Azərbaycanı yalnız mənəvi cəhətdən dəstəkləyir və Azərbaycanda, deyək ki, Ukrayna muzdluları yoxdur. (Bundan əvvəl "WarGonzo"dan olan təxribatçılar Azərbaycanın guya "Azov" batalyonundan muzdlu əsgərlər cəlb etdiyini bildirmişdilər. "Azov" və digərləri Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Arsen Avakova tabedir. O isə "qəyyumluğunda olanları" göndərməli olsaydı, bunu erməni tərəfi üçün edərdi, amma Azərbaycan tərəfinə heç vaxt etməzdi - red.).
- İrəvanda "Maydan"ın köməyi ilə "demokratik" lider Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistan yeni düşmənlər qazanır, müttəfiqlər və bitərəf ölkələrlə münasibətləri korlayır. Buna "məxməri inqilab"ın təbii nəticəsi deyilə bilərmi?
- Mən hər zaman inqilaba mənfi münasibət bəsləmişəm və bəsləməyə də davam edəcəyəm. Ancaq fikrimcə, Ermənistanda "Maydan" yox idi. Bəzi oliqarxları başqaları əvəz etdi. Nəticədə, Ermənistan bütün müttəfiqlərini itirdi.
- Nəzəri bir sual verim: iqtisadi baxımdan Ermənistanda Ukrayna mallarının boykot edilməsi ölkənizə hansısa təsir göstərə bilərmi?
- Əlbəttə, yox. Ukrayna iqtisadiyyatı bunu heç görməyəcək. Ancaq Ukrayna ilə Ermənistan arasında işgüzar münasibətlərə zərbə olacaq. /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına