Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır

Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradırSentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində dövlətimizin başçısı çıxış edib. Prezident çıxışında Azərbaycanın uzunmüddətli və dayanıqlı iqtisadi artıma nail olması üçün qeyri-neft sektorunun potensialından daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısının qeyd etdiyi kimi, iqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi logistika, nəqliyyat və bağlantılardır. Azərbaycan son illərdə bu istiqamətdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirərək özünün regional nəqliyyat və logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Prezident İlham Əliyev çıxışında bildirib ki, ölkəmizin böyük tranzit mərkəzinə çevrilməsi üçün fiziki infrastrukturun yaradılması ilə yanaşı, investorlar üçün daha aydın və əlverişli biznes mühitinin formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın dənizə birbaşa çıxışının olmaması isə bu sahədə qonşu ölkələrlə əməkdaşlığı zəruri edir. Dövlət başçısının sözlərinə görə, qonşu ölkələrin iştirakı olmadan Azərbaycanın böyük tranzit ölkəsinə çevrilməsi mümkün deyil.
Hazırkı geosiyasi reallıqlar fonunda nəqliyyat və logistika dəhlizlərinin əhəmiyyəti daha da artır. Ənənəvi təchizat zəncirlərinin müxtəlif risklərlə üzləşdiyi bir şəraitdə Azərbaycanın yerləşdiyi coğrafi mövqe ölkəmiz üçün yeni iqtisadi imkanlar yaradır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bu üstünlüyündən istifadə etməklə regional ticarətdə rolunu daha da gücləndirə bilər.
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ötən ilin noyabrından etibarən ölkəmizin Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Şurasının tamhüquqlu üzvü olması Azərbaycanın regionla siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin yeni mərhələyə keçdiyini göstərir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan coğrafi baxımdan Qafqazda yerləşsə də, siyasi, iqtisadi və nəqliyyat baxımından artıq geniş Mərkəzi Asiya regionu ilə sıx inteqrasiya olunub. Bu əlaqələrin inkişafı ölkəmizin tranzit imkanlarının genişlənməsinə və yeni investisiya layihələrinin cəlb olunmasına şərait yaradır.
Digər mühüm istiqamət isə nəqliyyat sektorunda idarəetmənin və rəqəmsallaşmanın inkişaf etdirilməsidir. Gömrük idarəçiliyinin təkmilləşdirilməsi, qayda və tənzimləmələrin investorlar üçün daha aydın və anlaşıqlı olması Azərbaycanın investisiya mühitinin cəlbediciliyini artıran əsas amillərdəndir.
Bütün bunlar göstərir ki, Azərbaycanın iqtisadi siyasətində investisiya cəlbediciliyinin qorunması və yeni imkanların yaradılması prioritet istiqamətlərdən biridir. Qlobal iqtisadi və geosiyasi dəyişikliklər fonunda nəqliyyat, logistika və bağlantı imkanlarının inkişaf etdirilməsi isə ölkəmizin dayanıqlı iqtisadi artımına mühüm töhfə verə bilər.
Azərbaycanın bu sahədə həyata keçirdiyi layihələr və regional əməkdaşlığın genişləndirilməsi ölkəmizin təkcə tranzit imkanlarını deyil, eyni zamanda qeyri-neft sektorunun inkişaf perspektivlərini də gücləndirir. Bu baxımdan logistika və nəqliyyat gələcəkdə Azərbaycanın iqtisadi inkişafının əsas dayaqlarından biri kimi çıxış edə bilər.
 
Aytən Niftəliyeva
Göygöl RMX PHŞ sığortanın təşkili və innovasiya şöbəsinin müdiri / azxeber.com

İqtisadiyyat       Tarix: 30 sentyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLAR

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 6,5 milyon ABŞ dolları dəyərində 26 min 423 ton soğan (təzə və ya soyudulmuş) idxal edib. -un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığ

İCMA Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda təmsil olunub

5–6 noyabr tarixlərində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib. "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan forumda ölkəni

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbü

Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Layihəyə müəllimlər tərəfində

"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır

"İrşad" 8 Noyabr – Zəfər Günü münasibətilə "Şad Günlər" kampaniyasına start verir. Yalnız 4 gün, 7–10 noyabr tarixlərində "İrşad" mağazalarında və onlayn platformalarda bütün məhsulların endiriml

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır" təşəbbüsünü davam etdirir. Təşəbbü

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit

44 gün Azərbaycan xalqının tarixində qürurla xatırlanan günlərdir. Yelo Bank bu münasibətlə Zəfər Gününü müştərilərinə faydalı və yadda qalan bir təklifə çevirir! Noyabr ayının sonunadək rəsmiləşdirilən kreditlər üzrə so

Pensiya alanların nəzərinə - Bu tarixdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler 2026 xeberler bugun 2026 sonxəbərlər valyuta mezenesi