Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTOCəlilabad rayonunda yeni yaşayış məskəni aşkarlanıb.
azxeber.com AZƏRTAC-a istinadla xəbər verir ki, rayonun Təklə kəndi ərazisində ilk dəfə elmə məlum olmayan yeni yaşayış məskəni - Oğlantəpə aşkar edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Muğan tunc - ilk dəmir dövrü arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə ərazidə kəşfiyyat xarakterli tədqiqatlar aparılıb.
Cəfərli yolunun sağ tərəfində, yoldan 130 metr şimal-qərbdə yerləşən Oğlantəpə təbii təpə üzərində salınıb. Təpənin diametri 100 metr, hündürlüyü təxminən 20 metrdir. Abidənin sağ və sol tərəfindən qədim çay dərələri keçir. Uzunmüddətli yaşayış nəticəsində burada qalın mədəni təbəqə formalaşıb.
İlkin axtarışlar zamanı abidənin üst qatından Orta əsrlərə aid şirli və şirsiz saxsı nümunələri aşkarlansa da, mədəni təbəqənin kəsik hissəsində əsasən ilk tunc dövrünə aid maddi mədəniyyət nümunələri üzə çıxıb.
Tapıntılar arasında qonur və boz rəngli, yarımşarşəkilli qulpları olan saxsı qab fraqmentləri, boşqab tipli qablara aid qırıqlar və daşdan hazırlanmış əşyalar üstünlük təşkil edir.
Arxeoloqların bildirdiyinə görə, gələcəkdə bu tip abidələrin sistemli şəkildə qeydə alınması Muğan bölgəsində ilk tunc dövrü yaşayış məskənlərinin yayılma arealının müəyyənləşdirilməsinə və yeni arxeoloji xəritənin hazırlanmasına imkan verəcək.
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTOAzərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTOAzərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO

Sosial       Tarix: 30 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bakı bulvarı Bibiheybət və Zığa qədər uzanacaq? - RƏSMİ CAVAB

"Burada müasir şəhər parklarının rolu prizmasından yanaşma, düşünürəm ki, önəmli olardı. Müasir şəhər parkları sadəcə yaşıllıqların salındığı istirahət məkanı anlayışından kənara çıxır və özlüyündə müasir şəhərsalmad

Azərbaycan neftinin son qiyməti

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2.48 ABŞ dolları və ya 1,96% azalaraq 123.46 ABŞ dolları olub. Bundan əvvə

Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi

Hər gün pivə içmək bəzi insanların düşündüyü kimi zərərsiz vərdiş olmaya bilər. Narkoloq və psixiatr Anton Rudkovski bildirib ki, gündəlik olaraq az miqdarda pivə qəbul etmək belə zamanla alkoqol asılılığı riskini artır

Forum başa çatdı: 10,8 milyard dollarlıq sənəd imzalandı 

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb, tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edə

"Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır" - QMİ

2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu keçənilkindən də tez başlayacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib. QM

Azərbaycanda dizel bahalaşacaq?

ABŞ Prezidenti Donald Tramp administrasiyanın dizel ixracının dayandırılması və ya məhdudlaşdırılması imkanını ciddi şəkildə araşdırdığını bildirib. Məqsəd daxili bazarda yanacaq çatışmazlığının və qiymət artımının qarşısın

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?

Gömrük ekspertizasının aparılması ilə bağlı yaranan xərclərin kimin tərəfindən ödənilməsi ekspertizanın hansı tərəfin təşəbbüsü ilə keçirilməsindən asılıdır. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb

Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır

Xəbər verdiyimiz kimi, bu gündən etibarən Bakı metrosunun "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq. Qeyd edək ki, qərar "28 May" və "Nizami"

Təcili: Azərbaycanda dizel bahalaşacaq? – Deputatdan AÇIQLAMA

Yaxın Şərqdə davam edən gərginlik və Rusiya-Ukrayna müharibəsinin uzanması qlobal enerji bazarında təchizatla bağlı riskləri artırıb. Bu fonda dizel yanacağına tələbatın yüksəlməsi və qiymətlərin bahalaşması diqqət çəkir


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber.az xeberler az metbuat xeberleri valyuta